Yuxarı

ABŞ və Kuba arasında BMT-də qalmaqal yaşandı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın BMT yanında daimi nümayəndəliyinin təşkil etdiyi Kubaya aid tədbirdə ABŞ nümayəndəsinin çıxışı kubalı diplomatların səs-küylü etirazına səbəb olub.

Axar.az xəbər verir ki, ABŞ-ı təmsil edən səfir Kelli Körrinin çıxışı zamanı kubalı diplomatlar ABŞ-ın Kubaya qarşı blokadasına etiraz olaraq əllərini masaya vuraraq, “Kubaya Hə, blokadaya Yox” şüarını səsləndiriblər.

Kelli Körri bir neçə dəfə BMT-nin təhlükəsizlik xidmətinin əməkdaşlarından kubalıları otaqdan çıxarmalarını xahiş edib. Lakin onlar heç bir müdaxilə etməyiblər. Çünki BMT-nin təhlükəsizlik xidmətinin protokoluna əsasən, akkreditə olunmuş diplomatların toxunulmazlıq hüququ var. Kubalı diplomatlar da BMT tərəfindən akkreditə olunduqlarına görə, onlar toxunulmaz hesab olunur və onlara qarşı heç bir fiziki güç tətbiq edilə bilməz.

Geniş nitqində ABŞ nümayəndəsi Kubada siyasi məhbusların olduğunu vurğulayıb və bu ölkənin hökumətini sərt tənqid edib.

Tarix
2018.10.18 / 01:23
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla