Yuxarı

Putin milyarderləri yanında saxlamaq üçün qanun qəbul etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rotenberq Qanunu" ideologiyaya deyil də, tək şəxsə bağlı olan sistemlərin, siyasi loyallığın pulla alınmasının çox yaxşı xülasəsidir".

Axar.az xəbər verir ki, bu açıqlama ilə REAL hərəkatının İcra katibi Natiq Cəfərli öz Feysbuk səhifəsində çıxış edib.

O, Rusiyada bir neçə milyarderin ciddi oyunçu ola biləcəyini söyləyib:

"Rusiyada "Rotenberq Qanunu" adlı qanun 1-ci oxunuşda qəbul olunub. Qanunun məğzi odur ki, Qərb sanksiyalarına görə oliqarxların, Putinə yaxın insanların itirdiklərini büdcə hesabına Rusiya hökuməti qaytaracaq. Bu qanun ideologiyaya deyil də, tək şəxsə bağlı olan sistemlərin, siyasi loyalliğın pulla alınmasının çox yaxşı bir nümunəsidir. Prezident Putinin ətrafında olan oliqarxların hamısı siyasi loyallıqları və ona qarşı göstərdikləri ciddi dəstəyi məhz qazandığı vəsaitin miqdarına görə edirdilər. Sanksiyalar nəticəsində oliqarxların maliyyə durumuna və şirkətlərin vəziyyətinə ciddi ziyan dəyib. Dəymiş ziyana görə loyallığın özünü büruzə verməsi, yəni onların Kremlə qarşı loyallığının üzdə qalması üçün heç bir əsas qalmır. Kremlin və Putinin qorxduğu əsas məsələ budur. Ona görə də dövlət büdcəsinin vəziyyətinin ağır olmasına, neftin qiymətinin aşağı düşməsinə, rublun devalvasiyaya getməsinə baxmayaraq, Putin hakimiyyəti sözügedən loyallığı saxlamaq üçün oliqarxların ziyanlarını müəyyən miqdarda ödəməyi düşünür. Çünki, Rusiya kimi böyük dövlətdə milyardlarla vəsaiti olan bir neçə nəfər ciddi oyunçu sabah siyasi loyallıq göstərməsə, qısa müddət ərzində böyük gücə çevrilə, bu da ölkədə ciddi müxalif hərəkatın yaranması ilə nəticələnə bilər".

İqtisadçı bu qanunla Putinin oliqarxları ətrafında saxlamağa çalışdığını deyib:

"Putini həmin insanların dəstəkləməsinin əsasında şəxsi qazanc və tutduqları mövqe durur. Bu mövqe əldən getdikdə, qazanclar azaldıqda və yaxud sanksiyalara görə xaricdəki yatırımlarına ciddi təhdid yarandıqda, artıq o loyallığın üzdə qalmasına əsas olmur. Məhz buna görə də sanksiyalara məruz qalanlara müəyyən kompensasiyalar veriləcək ki, Putin özünə qarşı olan loyallığı axıra qədər saxlaya bilsin. Əks təqdirdə, çox ciddi müxalif hərəkat yarana bilər. Çox güman ki, Putin bu qanunu qəbul etməklə həmin oliqarxların ətrafında qalmasına, sona qədər onu müdafiə etməsinə çalışacaq. Rusiyanın hazırkı durumuna nəzərən bu addım dövlət büdcəsinə, iqtisadiyyata daha dərin problemlər gətirəcək".

Tarix
2014.10.11 / 17:39
Müəllif
Ülkər Cəfərova
Şərhlər
Digər xəbərlər

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla