Yuxarı

Qapılara “ələvilərə ölüm” yazdılar: İstanbulda terror həyəcanı - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qapılara “ələvilərə ölüm” yazdılar: İstanbulda terror həyəcanı - Foto

Türkiyə həyəcan içindədir. Ölkənin Tunceli şəhərində vahimə hökm sürür. Tuncelinin Çəkməkənd Sarıqazi məhəlləsində yaşayan ələvilərin evlərinə "Ələvilərə ölüm, yaşasın İŞİD" şüarı yazılıb.

Axar.az xəbər verir ki, bu məsələdən narahat olan Xalq Partiyasının millət vəkili Hüseyn Aygün ələviləri təhdid edən şüarların evlərə vurulması haqda medianı xəbərdar edib.

"Üç gündən çoxdur bu bölgədə evlərin qapılarına "ələvilərə ölüm", "kürdlərə ölüm", "yaşasın İŞİD" şüarları yazılır. Bunu görən şahidlər var və araşdırma başlanıb. Hələlik saxlanılan yoxdur. Ancaq insanlarımıza yönəlik hər hansı hücum təşkil edən İŞİD-i bəsləyən, onu bu günə gətirib çıxaran AKP iqtidarı cavab verəcək", - deyə H.Aygün vurğulayıb.

***

Təkcə Tunceli deyil, Türkiyənin kürdlər yaşayan şəhərlərində, o cümlədən mərkəzi şəhərlərdə İŞİD-in təxribatları gözlənilir. Bu iğtişaşlarda bombalı maşınlardan istifadə ediləcəyi söylənilir. Türkiyəni həyəcanlandıran bu xəbərlər orduya da təsir edib. O baxımdan İstanbulda bu həftə sonu əsgər izni ləğv edilib.
Eyni zamanda, ticarət mərkəzlərində və metroda terror ola biləcəyi ehtimalı ilə bağlı mühafizə gücləndirilib. Oktyabrın 12-si, yəni bu səhəri qardaş ölkə yenə gərgin və narahatlıq içində açıb.

Fransanın Xarici İşlər Nazirliyi baş verənlərə görə İstanbuldakı vətəndaşlarına çağırış edib: "Bu həftə Taksim və digər etirazlar gözlənilən yerlərə getməyin".

Tarix
2014.10.12 / 12:05
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Ceyhun Bayramov Ferid Hoxa ilə görüşdü

Bunu Azərbaycandan alacağıq, Türkiyə ilə də... - Simonyan

BMT kürsüsündən İranı “məhv etmək”lə hədələdi...

Oğlumla gəlinim buna görə istintaqa cəlb olunmuşdular

Bayramov və Mirzoyan TRİPP-ə həsr olunmuş tədbirdə...

Azərbaycan XİN və MN Qazaxıstana başsağlığı verdi

Ermənistanın Azərbaycana ixrac etdiyi məhsulun adı açıqlandı

Pezeşkian danışanda nümayəndə heyətimiz zaldan çıxıb?

Şad xəbər: Bu ərazilərdə yüksək maaşlı iş yerləri açılır

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla