Yuxarı

İran kəşfiyyatı: “BBC gizli sənədlərimizi oğurlayıb”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran kəşfiyyatı: “BBC gizli sənədlərimizi oğurlayıb”

"Ölkədə şiə-sünni ixtilafları yaratmaq istəyən televiziya kanallarının İngiltərə kəşfiyyatı ilə əlaqələri var. Onlara məqsədli şəkildə maliyyə yardımı edilir".

Axar.az xəbər verir ki, bu barədə İranın Kəşfiyyat naziri Seyid Mahmud Allavi açıqlama verib. O, bəzi televiya kanallarının şiə-sünni ixtilafını məqsədli şəkildə qızışdırdığını bildirib:

"Ölkədə şiə-sünni ixtilafları yaratmaq istəyən televiziya kanallarının İngiltərə kəşfiyyatı ilə əlaqələri var. BBC İranın bəzi rəsmi sənədlərini oğurlayıb. Onlara məqsədli şəkildə maliyyə yardımı edilir. Ölkənin dini lideri Ayətullah Xamneyi və əhli sünnənin seçmə şəxsiyyətlərinə hörmətsizlik edən şəxslər təqib ediləcək və lazımi tədbirlər görüləcək".

O, İŞİD-in Suriya və İraqda qurulmasına rəğmən, İran üçün də təhdid olduğunu deyib:

"İllər öncə İŞİD proqramı barədə proqnozlarımızı səlahiyyətli orqanlara çatdırdıq. İŞİD təhlükəsi üzə çıxdığı andan onunla mübarizə aparan ölkələrə kəşfiyyat dəstəyi verdik. Əgər belə olmasaydı, bu gün İraq və Suriyada vəziyyət daha fərqli olardı".

Tarix
2014.10.15 / 15:55
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Bayramovla ABŞ rəsmisi arasında kritik görüş

Kvrivişvili İlham Əliyevlə görüşündən danışdı

Çaylarla bağlı məsələni Bakı ilə danışmalıyıq - Paşinyan

Azərbaycan və Gürcüstan hərbi əməkdaşlığı müzakirə etdi

Paşinyan Azərbaycanla delimitasiya prosesindən danışdı

Bakı Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi yayıldı

Szinpin buna görə Putini şəxsən qarşılamadı

Bu, ölkəmizin Avropa üçün önəmini təsdiqləyir

Prezident Oman Sultanını təbrik etdi

İlham Əliyev latviyalı həmkarını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla