Yuxarı

ABŞ: “Mücahidləri Rusiyaya qarşı silahlandırırdıq”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ: “Mücahidləri Rusiyaya qarşı silahlandırırdıq”

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin 2012-2013-cü illərdə hazırladığı gizli hesabat mediaya sızıb.

Axar.az xəbər verir ki, hesabatda ABŞ-ın xarici ölkələrdəki üsyançıları silahlandırması əks olunub. Həmçinin bildirilib ki, üsyançı qrupların bu günə qədər gizli şəkildə silahlandırılması ABŞ üçün əhəmiyyətli bir effekt verməyib. Hesabatı hazırlayan komissiya nümunə kimi Suriyanı göstərib.

Hesabatda ABŞ-ın bu günə qədər xaricdə döyüşçüləri daha çox SSRİ-yə qarşı silahlandırdığı bildirilir.
Xarici mücahidlərin silahlandırıldığı və tək uğurun əldə edildiyi fakt SSRİ-yə qarşı Əfqanıstandakı döyüşçülərin silahlandırılması olub. Bunun nəticəsi olaraq, Qırmızı Ordunun əsgərləri 1989-ci ildə Əfqanıstandan çıxıb.
ABŞ-ın SSRİ-yə qarşı digər bir əməliyyatı isə inqilabçı kubalıların silahlandırılması olub. Amerikanın silahlandırdığı inqilabçılar 1961-ci ildə kommunist rejimin hakim olduğu Kubada çevriliş etməyə cəhd ediblər. Lakin Kuba rəhbərliyi bunun qarşısını alaraq, ABŞ-ı məğlubiyyətə uğradıb.

Tarix
2014.10.16 / 00:34
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Parisdə polis bir kanakı amansızcasına döydü - Video

Dövlət əleyhinə çağırışlar yayan 7 türkiyəli axtarışa verildi

Arda Gülərin bu hərəkəti İspaniyanı qarışdırdı - Foto

İƏT Azərbaycanla bağlı 4 qətnaməni yenilədi

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla