Yuxarı

Nizamsız Putin hansı prezidentlərlə görüşə gecikib? – Siyahı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nizamsız Putin hansı prezidentlərlə görüşə gecikib? – Siyahı

"Putin alman dəqiqliyinin nə olduğunu hələ də bilmir ki, bilmir".

Axar.az xəbər verir ki, bu haqda Şərq-Qərb araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu açıqlama verib. O bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin az qala bütün rəsmi görüşlərə gecikmək kimi bir şakəri var:

"Adam ya özünü çox böyük bildiyindən hamının onu gözləməli olduğunu düşünür, ya da sadəcə çox intizamsızdır. İkinci halda həm də onun protokol xidmətinin nə qədər acınacaqlı vəziyyətdə olması göz önündədir. Belə ki, Prezident Putin Roma Papası ilə görüşə 49 dəqiqə, Ukrayna prezidenti ilə görüşə 40 dəqiqə, İsveç kralı Karl XVI Qustavla görüşə 40 dəqiqə, İspaniya Kralı ilə görüşə 20 dəqiqə, Britaniya Kraliçası ilə görüşə 13 dəqiqə, Finlandiya prezidenti ilə görüşə 2 saat gecikmişdir. Sadalananlar hələ hamısı deyil. Amma ən maraqlısı dünən Milanda baş verib. Belə ki, orada keçirilən forum çərçivəsində Vladimir Putin Almaniya kansleri Angela Merkellə görüşməli idi və Putinin gecikməsi səbəbindən Merkel görüşü ləğv edib. Adam ömrünün yarısını almanların arasında şpionluqda keçirib, amma hələ alman dəqiqliyinin nə olduğunu anlaya bilməyib. Görünür, vaxtilə dəqiq alman əks-kəşfiyyatı da başıpozuq sovet şpionunun intizamsızlığından bezdiyindən, onun casus karyerası "persona non-qrata" ilə bitib".

Tarix
2014.10.17 / 13:49
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

İlham Əliyevdən Ağ Şəhərlə bağlı paylaşım - Video

Qarabağ erməniləri ilə bağlı qərar dəyişdi

Bu ölkə ilə vizasız rejim ləğv edilir - Rəsmi

Ceyhun Bayramov özbək həmkarı ilə danışdı

Prezidentin işdən çıxartdığı başçıdan açıqlama

Prezident yeni təyin etdiyi başçını bu səbəbdən işdən çıxardıb

Mahmud Abbas İlham Əliyevə məktub göndərdi

Karapetyan Azərbaycanla bağlı yalan danışır - Rubinyan

Azərbaycanla münasibətlər daha da inkişaf etməlidir - Vali

Bayramov gürcü həmkarı ilə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla