Yuxarı

Ələkbərov Kremlin üç ölkəni işğal etməsinə səbəb olacaq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ələkbərov Kremlin üç ölkəni işğal etməsinə səbəb olacaq

"Lukoyl" şirkətinin Rumıniyadakı zavodu ətrafında prezidentlə baş nazir arasında yaranmış qalmaqal daha da şiddətlənib.

Axar.az xəbər verir ki, bu iddia ilə Rumıniya mətbuatı çıxış edib. Mətbuat baş nazir Pontanın "Lukoyl"u böyük həvəslə ölkədə saxlamaq istəməsinin Basesku tərəfindən heç də xoş qarşılanmadığını bildirib:

"Ponta onsuz da əlində oyuncağa çevrilmiş prokurorlar vasitəsilə "Lukoyl" şirkətinin bağlanmış zavodunun fəaliyyətini davam etdirə bildi. Əslində, büdcəyə 230 milyon dollar borcu olan bir şirkət üçün bu həddən artıq böyük yaxşılıqdır. Həmçinin Basesku da burada qəti mövqe tutub. Rusiya biznesi onsuz da heç bir zaman Rumıniyaya xeyir gətirməyib. Biz bu gün rusların fəaliyyətinin Rumıniya sərhədləri yaxınlığında şahidi oluruq. Rumıniya "Lukoyl"la bacarmasa, rusların fəaliyyəti daha da artacaq. Ruslar onsuz da Macarıstan və Bolqarıstanda nə isə etməyi bacarıblar. Əgər Rumıniyada da onların istədiyi baş tutsa, o zaman bütün region onlara tabe olacaq".

Qeyd edək ki, Vahid Ələkbərova məxsus olan "Lukoyl" şirkətinin Rumıniyadakı neft emalı zavodu bir müddət öncə qapadılmışdı. Uzun sürən danışıqlardan sonra baş nazirin müdaxiləsi ilə 3500 nəfər işçisi olan zavod yenidən fəaliyyətini bərpa etmişdi. Bəzi mənbələr "Lukoyl"un Rumıniyadan çıxarılmasına prezident Trayan Baseskunun başçılıq etdiyini iddia edirlər. Onlar buna əsas səbəb kimi prezidentin seçki qabağa kampaniyası zamanı "Lukoyl"un pullarından istifadə etdiyini və indi də bu faktları gizlətməyə çalışmasını göstərirlər.

Tarix
2014.10.20 / 09:20
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Azərbaycanın sədrliyi ilə növbəti mötəbər iclas keçirildi

Almaniya "Nardaran ssenarisi" ilə üzləşir - İranın “dini kanton” planı

Məxfi məlumatların mübadiləsi ilə bağlı saziş imzalandı

Gürcüstan Azərbaycandan bu məhsulun idxalını 9 dəfə artırdı

Lavrov Bayramova şikayətləndi, ardınca Rusiya bunu etdi...

Bakıdakı gizli görüşlə bağlı Kremldən açıqlama

Gizli görüş olur: Niyə Bakıdan izn alınmır?

Azərbaycan bu ölkə ilə əlaqələrə böyük önəm verir

Mediamız lazım gəldikdə hücuma da keçir - Hacıyev

Ermənistan niyə əmlakımızı qaytarmır? - Zülfüqarov sübut etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla