Yuxarı

Paşinyanın arvadı Köçəryana cavab verdi: 10 milyon dollar...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşinyanın arvadı Köçəryana cavab verdi: 10 milyon dollar...

Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanın arvadı Anna Akopyanın rəhbərlik etdiyi “Aykakan Jamanak” nəşri Robert Köçəryanın oğlu Levon Köçəryanın nəşrin “saxta informasiya” yayması ilə bağlı iddialarına cavab verib.

Axar.az xəbər verir ki, nəşr sabiq prezidentin hər iki oğlunun İrəvanda xidmət keçdiyini və hərbi hissədə gecələmədiyi iddiasını bir daha vurğulayıb.

“Paşinyan Köçəryanın oğullarının xidmətdə olmadığını deməyib. O, sadəcə, oğlu Qarabağda xidmətdə olan yeganə rəhbər olduğunu bildirib. Onlar hərbi qulluqçu kimi Qarabağda bir gün belə keçirməyiblər. Yeri gəlmişkən, bəzi məlumatlara görə, xidmətin sona çatmasından dərhal, ya da çox qısa müddət sonra onların hesabında 10 milyon dollar və daha çox vəsait olub”, - nəşr yazıb.

Nəşr Levon Köçəryanın fotoları ilə verdiyi cavaba da münasibət bildirib. Levon Köçəryanın fotolarını paylaşdığı ərazinin Ermənistanın Lori bölgəsi olduğu qeyd olunub.

Qeyd edək ki, bundan öncə Paşinyan Köçəryanın oğlu Levonun adının hərbi hissədə olsa da, bir gün də kazarmada yatmadığını bildirmişdi. Bunun ardınca isə Köçəryan oğlunun hərbi hissədən olan fotolarını paylaşmaqla, qarşı tərəfi yalançılıqda ittiham etmişdi.

Tarix
2018.12.01 / 17:00
Müəllif
Orxan Tağıyev
Digər xəbərlər

Zelenski İlham Əliyevə təşəkkür etdi

Azərbaycan-Özbəkistan əməkdaşlığı buna xidmət edir

Prezident niyə Buxaraya da səfər etdi?

Prezidentin Özbəkistan səfəri ilə bağlı - Videoçarx

İlham Əliyevin Özbəkistana səfəri başa çatdı - Video

Prezidentin Özbəkistan səfəri: Əbədi dostluq…

Prezidentlər və xanımları “Poyi-Kalon” kompleksi ilə tanış oldu

Prezidentlər və ailə üzvləri Ark qalasında

Prezidentlər və xanımları İsmayıl Samani türbəsində - Video

Özbəkistan ilə Azərbaycanın qarşılıqlı münasibətləri...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla