Yuxarı

Nikolun oğlunun Xankəndi macəraları - Erməni KİV

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanın Azərbaycanın işğal altındakı torpaqlarında hərbi xidmət çəkən oğlu ilə bağlı yeni məlumatlar yayılıb.

Modern.az xəbər verir ki, Ermənistanın Voskanapat.info saytının müxbiri, “Panduxt” imzalı jurnalist Nikol Paşinyanın oğlu ilə bağlı sensasion iddia ilə çıxış edib.

“Ölkəmizin ən ağır vaxtlarında hərbi xidmətdən yayınan “dezertir-baş nazir”in oğlu Aşot Paşinyan yüksək rütbəli mühafizəçi zabitlərin müşayiəti ilə Xankəndi küçələrində gəzərkən görülüb. Başqa vaxt isə Paşinyanın oğlu Xankədinin məşhur Tumanyan-57 küçəsindəki “Florens Qarden” restoranında alkoqollu içkilərlə öz yanını isitdiyi bütün Qarabağ ermənilərinə məlumdur. Bundan başqa, o, alkoqollu içkilərdən sonra ermənilərin say-seçmə qızlarını öz yanına gətizdirir”, - deyə jurnalist yazıb.

Xatırladaq ki, Nikol Paşinyanın oğlu Aşot Paşinyan 2018-ci il iyulun 9-da guya ki, öz istəyi ilə Azərbaycanın işğal altında olan Qarabağ bölgəsinə könüllü hərbi xidmətə yollanmışdı.

Onun hərbi xidmətini komfortlu şəraitdə keçirməsi, imtiyazlı və zabitlər tərəfindən göz bəbəyi kimi qorunması barədə çoxsaylı məlumatlar verilir.

Ölkə müxalifəti isə Aşot Paşinyanın Qarabağa xidmətə göndərilməsini Nikol Paşinyanın öz reytinqini əldə saxlamaq üçün atdığı addım kimi qiymətləndirir.

Tarix
2018.12.06 / 10:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla