Yuxarı

Türkiyə-İran əməkdaşlığı kimləri narahat edir?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə-İran əməkdaşlığı kimləri narahat edir?

Ankara ilə Tehran arasındakı əməkdaşlıq ABŞ və İsraili narahat edir.

Axar.az xəbər verir ki, bunu Rusiya Postsovet Araşdırmalar Mərkəzinin siyasi eksperti Fərhad İbrahimov İran Prezidenti Həsən Ruhaninin açıqlamasını şərh edərkən bildirib.

Türkiyə və İranın Yaxın Şərq regionunun iki lideri olduğunu deyən İbrahimov ortaq maraqların bu ölkələri birləşdirdiyini söyləyib:

"İki ölkənin bəzi geosiyasi məsələlərdə fikir ayrılıqları var, xüsusilə Suriyadakı böhranın həlli məsələsində. Ancaq bu məsələdə belə Rusiya diplomatiyasının səyləri nəticəsində Türkiyə və İran danışıqlar masasına oturdu. İki ölkə Astana prosesi platformasında bir-birinin fikirlərinə qulaq asır və konsensus əldə edir. Bu əməkdaşlığın iqtisadi tərəfi də var. 2016-cı ildə İrana sanksiyalar ləğv edildikdən sonra Türkiyə bu ölkəyə intensiv şəkildə sərmayə qoymağa başlayıb və müəssisələrini genişləndirib. Ancaq ABŞ-ın mövcud İran siyasəti Türkiyə iş adamlarına İran iqtisadiyyatına sərmayəni genişləndirməyə mane oldu".

Qeyd edək ki, bundan öncə İran Prezidenti Həsən Ruhani Türkiyə ilə əlaqələri bütün sahələrdə inkişaf etdirmək istədiklərini bəyan edib.

Tarix
2018.12.11 / 08:45
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Parisdə polis bir kanakı amansızcasına döydü - Video

Dövlət əleyhinə çağırışlar yayan 7 türkiyəli axtarışa verildi

Arda Gülərin bu hərəkəti İspaniyanı qarışdırdı - Foto

İƏT Azərbaycanla bağlı 4 qətnaməni yenilədi

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla