Yuxarı

Ələkbərov şirkətini Seçindən qurtara bildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ələkbərov şirkətini Seçindən qurtara bildi

"Lukoyl"un rəhbəri Vahid Ələkbərovla vitse-prezident və şirkətdə pay sahibi olan Leonid Fedun arasında yaranmış mübahisə artıq başa çatıb.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı rbc.ru saytı özünün "Lukoyl"dakı mənbəsinə istinadən yayıb.

Məlumatda Fedunun artıq özünün "Lukoyl"dakı hissələrini satmaq istədiyi də bildirilib. Mətbuat hətta vitse-prezidentin öz aksiyalarını "Rosneft" rəhbəri İqor Seçinə satmağı planlaşdırdığını deyib. Lakin Leonid Fedun və İqor Seçin bu cür sövdələşmənin olmadığını söyləyiblər. Mənbə isə Fedunun Ələkbərovla Arktikada "Lukoyl"un fəaliyyətə başlaması ilə əlaqədar mübahisə etdiyini bildirib. Vitse-prezident bu işin çox xərc aparacağını irəli sürərək Ələkbərovun ondan imtina etməsini istəyib. Artıq hər iki partnyorun müəyyən razılığa gəldiyi də söylənilib.

Qeyd edək ki, dünən rbc.ru-ya açıqlamasında Leonid Fedun Ələkbərovla 25 ildir ki, işlədiyini və onun icazəsi olmadan heç bir addım atmayacağını deyib.

Tarix
2014.10.30 / 20:46
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Bayramovla ABŞ rəsmisi arasında kritik görüş

Kvrivişvili İlham Əliyevlə görüşündən danışdı

Çaylarla bağlı məsələni Bakı ilə danışmalıyıq - Paşinyan

Azərbaycan və Gürcüstan hərbi əməkdaşlığı müzakirə etdi

Paşinyan Azərbaycanla delimitasiya prosesindən danışdı

Bakı Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi yayıldı

Szinpin buna görə Putini şəxsən qarşılamadı

Bu, ölkəmizin Avropa üçün önəmini təsdiqləyir

Prezident Oman Sultanını təbrik etdi

İlham Əliyev latviyalı həmkarını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla