Yuxarı

Kadırovun nazirinin qızı İŞİD-ə niyə qoşuldu? – Şok təfərruat

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çeçenistan Prezidenti Ramzan Kadırovun naziri Asu Dudurkayevin qızı Səda Dudurkayeva haqqında inanılmaz məlumat yayılıb.

Axar.az xəbər verir ki, bir müddət öncə Suriyaya gedərək İŞİD sıralarına qoşulan Səda orada gürcü əsilli Həmzət adlı terrorçu ilə evlənib.

Hələ Çeçenistanda olduğu vaxtlarda İŞİD-ə qarşı rəğbət bəsləyən Sədanın Həmzətlə internet vasitəsi ilə tanış olduğu deyilir.

Suriyada Həmzətlə birgə yaşayan Səda bir müddətdən sonra əri öldürüldükdən sonra Çeçenistana qayıtmaq istəyib. Lakin komandiri olan gürcü əsilli məşhur komandir Əbu Ömər əl Şişani buna icazə verməyərək onunla evlənməsini istəyib.

Çeçen nazirin qızı buna razı olmasa da, Şişani onu zorla özünə arvad edib.

Bu hadisələrdən sonra ortaya çıxan digər maraqlı məqam Şişaninin Sədanın həyat yoldaşı Həmzəti öldürməsidir. Belə ki, yayılan iddialara görə, Şişani Sədanı görən gündən nazir qızına bir könüldən min könülə aşıq olub və onun əri Həmzəti aradan götürmək üçün fürsət gözləyib.

Bir müddətdən sonra Gürcüstanda eyni şəhərdə doğulan və bir yerdə böyüdüyü Həmzəti öldürən Şişani istəyinə nail olub.

Türkiyənin "Milliyyət" qəzetinin verdiyi məlumata görə, Ramzan Kadırov nazirinin qızının Suriyada İŞİD-çi ilə evləndiyini eşidincə toplantı çağırıb və bu biabırçılığın tezliklə aradan qaldırılmasını tələb edib.

Kadırov bunun "Şərəf və namus" söhbəti olduğunu deyib və nazirindən qızını ölkəyə gətirməsini tələb edib.

Tarix
2014.10.30 / 23:07
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla