Yuxarı

İsrail İsveçdəki səfirini geri çağırır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İsrail İsveçdəki səfirini geri çağırır

İsrail Fələstini bir dövlət olaraq tanıyan İsveçə etiraz olaraq bu ölkədəki səfirini geri çağırır.

Publika.az xəbər verir ki, bu barədə İsrail hökumətindəki mənbə məlumat yayıb.

Qeyd edək ki, İsveç hökuməti bu gün rəsmən Fələstini dövlət kimi tanıyıb. Bununla da, İsveç Fələstini bir dövlət kimi tanıyan Avropa Birliyinin ilk ölkəsi olub.

"Bu gün hökumət Fələstin dövlətini tanımaqla bağlı qərar qəbul edib. Bu əhəmiyyətli addımdır və fələstinlilərin öz müqəddəratını təyin etmək hüququna söykənir", - deyə İsveç xarici işlər naziri Marqot Valstrom bildirib. İsveçin yeni baş naziri Stefan Leven 3 oktyabrda Fələstini tanımaq niyyətində olduğunu bəyan etmişdi. Bu bəyanat İsrail hakimiyyəti tərəfindən tənqid olunurdu. İsrailin xarici işlər naziri Aviqdor Liberman bəyanatı "tələsik və düşünülməmiş" adlandırmışdı.

Fələstin dövlətinin yaranması 1988-ci il noyabrın 15-də Fələstin Milli Şurasının Əlcəzairdə keçirilən növbədən sessiyasında elan edilib. Fələstin dövlətinin de-fakto tanınması barədə qərar 2012-ci ildə BMT Baş Assambleyasında qəbul olunub. Fələstini dövlət kimi 26 il ərzində 134 ölkə tanıyıb. Ancaq onların arasında Avropa Birliyinin heç bir ölkəsi yox idi. Buna baxmayaraq, Fələstinin bir çox Avropa ölkəsində diplomatik missiyaları var.

Tarix
2014.10.31 / 00:49
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan

Əliyev-Paşinyan görüşü: ABŞ-a mesaj verildi

Əliyev Lukaşenko ilə görüşdü

Əliyevdən Pezeşkiana: Azərbaycan suyundan iç - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

Əliyev, Ərdoğan, Mirziyayev və Pezeşkian bir araya gəldi - Foto

Britaniyada hər gün 33 nəfər sosial şəbəkə fəalı həbs edilir

İlham Əliyev Tokayevlə görüşdü - Foto

Bakı üçün ŞƏT-in iki strateji önəmi...

Azərbaycanın ŞƏT-də rolu: Təsir mexanizmləri…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla