Yuxarı

FSB rəhbəri MDB-yə İŞİD xəbərdarlığı etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
FSB rəhbəri MDB-yə İŞİD xəbərdarlığı etdi

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) sədri Aleksandr Bortnikov beynəlxalq terror qruplaşmalarının İŞİD ətrafında təşkilatlanmağa başladığını açıqlayıb.

Axar.az xəbər verir ki, FSB sədri İŞİD-in Yaxın Şərqdə çox təhlükəli quruluşa çevrildiyini gizlətməyib:

"İŞİD İraq və Suriyada çox güclənib. Burada döyüşən terrorçular həm də dünyanın dörd bir tərəfindən gələnlərdir. Deməli terror dünyanı bürüyə bilər".

MDB və Avropa Birliyi ölkələrindən gələn insanların İŞİD tərkibində digər ölkələri hədəfə aldığını deyən baş kəşfiyyatçı təşkilatın maliyyə mənbəyinin haradan qaynaqlandığını da açıqlayıb: "İŞİD maliyyə baxımından öz-özünü təmin edir. Ən təhlükəlisi də budur. Digər tərəfdən, təşkilat narkotik, insan qaçaqçılığı və ya digər qeyri-qanuni yollarla pul qazanmır. Onlar yalnız qaçaq neft satışlarından gəlir əldə edir. Bu da döyüşməyə kifayətdir".

İŞİD təcrübəsinin digər terror təşkilatlarına yayılacağını deyən FSB rəhbəri vəziyyətin təhlükəli hal ala biləcəyindən narahatlıq ifadə edib:

"İŞİD-in neft qaçaqmalçılığı yolu ilə külli miqdarda gəlir əldə etməsi digər dünya çaplı terror təşkilatlarına nümunə ola bilər. Bir müddətdən sonra Taliban və Əl Qaidə də İŞİD təcrübəsindən yararlanacaq. Belə olan təqdirdə onlarla mübarizə daha çətin olacaq".

Tarix
2014.11.06 / 00:25
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

Xankəndi, Ağdərə və Xocalı ilə Kluj-Napoka arasında əlaqələr...

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla