Yuxarı

Bu ölkədə dünyanın ən böyük sualtı parkı inşa edilir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu ölkədə dünyanın ən böyük sualtı parkı inşa edilir

Bəhreynin hakimiyyət orqanları bu ilin yayına kimi sahəsi 100 min kvadratmetr olan dünyada ən böyük sualtı tematik park inşa etmək niyyətindədirlər.

Axar.az xəbər verir ki, Bəhreyn Turizm İdarəsinin, Ətraf Mühitin Mühafizəsi üzrə Ali Şuranın və özəl sektorun birgə layihəsi olan sualtı park ilk növbədə unikal ekoturizm obyekti kimi yaradılacaq. Parkın tikintisinə ən yaxın vaxtlarda başlanacaq. İnşaat işləri ətraf mühitə heç bir ziyan vurulmadan aparılacaq.

Bəhreyn Kralı, Ətraf Mühitin Mühafizəsi üzrə Ali Şuranın prezidenti Həməd bin İsa Al Xəlifənin şəxsi nümayəndəsi Şeyx Abdulla bin Həməd Al Xəlifə bildirib ki, ən yüksək beynəlxalq ekoloji standartları rəhbər tutan Krallıq dəniz mühitini toxunulmaz şəkildə qoruyub saxlamağa çalışır. O deyib: “Biz Bəhreyni ekoturizm və dəniz faunasının mühafizəsi sahəsində dünya liderinə çevirməyi planlaşdırırıq”.

İndiyədək suyun altında qalmış ən böyük təyyarə - 70 metr uzunluğunda “Boinq 747” sualtı parkın mərkəzi obyekti olacaq. Burada mirvari evi, süni riflər və digər obyektlər də yaradılacaq. Ekoloji təmiz materiallardan inşa olunacaq tikililər mərcan liflərinə və onların sakinlərinə heç bir ziyan vurmayacaq. Əksinə, sualtı park onurğasız orqanizmlərin, xüsusilə istridyələrin çoxalmasına şərait yaradacaq.

Sualtı kompleksdə dayvinqlə məşğul olmaq, dəniz flora və faunasını tədqiq etmək mümkün olacaq. Park yerli, regional və beynəlxalq səviyyələrdə dayverləri cəlb edəcək, dayvinq turları isə ətraf mühitin, xüsusən sualtı aləmin qorunub saxlanılmasının əhəmiyyəti barədə ictimaiyyəti məlumatlandıracaq.

Tarix
2019.01.28 / 22:08
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov Mirzoyanla danışdı

Türkiyə və Naxçıvana hücum: göstəriş verənlərin kimliyi...

Putin buna görə İlham Əliyevə təşəkkür etdi

Rusiya buna görə Azərbaycana təşəkkür etdi

Hikmət Hacıyev Ərdoğanın baş müşaviri ilə görüşdü

İlham Əliyev Gürcüstan səfirliyində: başsağlığı verdi - Foto

Ruttedən Azərbaycan açıqlaması: Mühüm addım idi...

Azərbaycan üzərindən tranzit... - Qriqoryan

Rusiyanın İrana yardım qatarı Astaraya çatdı - Video

Tokayev TDT ilə bağlı bu sazişi ratifikasiya etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla