Yuxarı

İslam ölkələrinin nazirləri İstanbula toplaşır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 25-28-i tarixlərində Türkiyənin İstanbul şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsi (COMCEC) çərçivəsində Nazirlərin 30-cu Sessiyası keçiriləcək.

Axar.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasını mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə dövlət və özəl sektor nümayəndələrindən ibarət nümayəndə heyəti təmsil edəcək.

Qeyd edək ki, ildə bir dəfə keçirilən sessiyalarda İslam dövlətləri arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi yolları müzakirə olunur, müvafiq qərar və tövsiyələr qəbul edilir. COMCEC-in yaranmasının 30 illiyinə həsr olunmuş builki Sessiyanın mövzusu "İƏT-ə üzv olan dövlətlərdə turizm sahəsinin inkişafında dövlət-özəl sektor tərəfdaşlığının rolu" olacaq. Sessiya ərəfəsində həmçinin biznes forum və sərginin təşkili planlaşdırılır.

Tədbir çərçivəsində COMCEC-in maliyyə dəstəyi ilə Nazirlik tərəfindən həyata keçirilən "Ümumi Mədəni İrs Şəhərləri" beynəlxalq arxeoloji-turizm layihəsinin təqdimatı nəzərdə tutulur. Layihə Komitəyə üzv olan 4 ölkədə (Azərbaycan, Qazaxıstan, Özbəkistan və Türkiyə) mədəni turizm, xüsusilə arxeoloji turizm potensialının araşdırılması, oxşar mədəni irs nümunələrinə sahib olan bölgələrin müəyyən edilməsi, araşdırmaların nəticələrinə əsasən bu ölkələri birləşdirən ortaq turizm məhsulunun yaradılmasını əhatə edir.

Tarix
2014.11.21 / 21:32
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla