Yuxarı

Türk əsgəri S-300-ə görə Azərbaycana gəlir - Xatilev

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türk əsgəri S-300-ə görə Azərbaycana gəlir - Xatilev

Türk əsgərlərinin S-400 müdafiə sistemləri üçün təlim keçməzdən əvvəl Azərbaycana gedərək S-300 müdafiə sistemini araşdırması doğru yanaşmadır.

Axar.az xəbər verir ki, bunu Sputnik-ə açıqlamasında hərbi ekspert Sergey Xatilev deyib. O, Ankaranın doğru yolda olduğunu bildirib:

“Bəzi ölkələrdə S-300-ün PT, PM və digər versiyalarından istifadə edilir. S-300 PMU2-lər isə taktiki və texnika xüsusiyyətlərindən əlavə, istifadə edilən raketlər baxımından da digərlərindən fərqlənir. S-400 tamamilə fərqli bir sistemdir. Oxşar xüsusiyyətləri olsa da, tətbiqdə - siqnal qəbul etmə və ötürmə sistemi fərqlidir. Yəni bu sistem daha mükəmməldir”.

Xatilev Azərbaycandakı sistemlərin incələnməsinin Türkiyəyə başqa səbəblərdən də faydalı olduğunu deyib:

“S-300-lərin ən sonuncu versiyasında raket mənzili 250 km-dir. Eyni raket S-400-də istifadə edilə bilər. S-400 raketlərinin bəzi versiyalarından S-300-də də istifadə edilə bilər. S-300-ü daha detallı şəkildə incələmək üçün digər bir səbəb də budur. Dolayı yolla, türklərin doğru olan hər şeyi etdiyini düşünə bilərik. Əvvəlki sistemi, onun güclü və zəif tərəflərini araşdırırlar. Yeni sistemə keçdiklərində tətbiq edə biləcəkləri imkan və qabiliyyətləri öyrənirlər”.

Qeyd edək ki, bundan əvvəl Türkiyənin “Yeni Şəfəq” qəzeti S-400-lər üçün təlim keçəcək türk əsgərlərinin Rusiyadan əvvəl Azərbaycana göndəriləcəyini yazıb. Xəbərdə təxminən 100 nəfərdən ibarət türk əsgərinin Azərbaycanda S-300 PMU2-ni araşdıracağı, daha sonra yay aylarında Rusiyaya gedəcəyi bildirilib.

Tarix
2019.03.22 / 10:24
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Bu ölkə Azərbaycana fəxri konsul təyin etdi - Foto

Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır

Əliyevin Berlin səfəri Tiflisə yeni imkan yaradır

İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir

İlham Əliyev Maldiv prezidentini təbrik etdi

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla