Yuxarı

Şri Lankada 8 partlayış: saxlanılanlar var

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:35

Şri Lankada eyni anda 3 kilsə və 3 otel partladılıb.

Axar.az xəbər verir ki, partlayışlar paytaxt Kolombo, Neqombo və Battikaloa şəhərlərində baş verib. Otel və kilsələrə hücum 08:45-də həyata keçirilib. Hücumlardan 4-ü paytaxt Kolombonun payına düşüb.

Terakt nəticəsində ölənlərin sayı 52, yaralıların sayı isə 280 nəfərə çatıb.

***

Şri Lankada otel və kilsələrdə baş verən partlayış nəticəsində ölənlərin sayı 160 nəfərə çatıb. 360 nəfər isə yaralanıb.

***

“Nyus 1ST” telekanalı partlayışlar nəticəsində ölənlərin sayının 185-ə çatdığını bildirib.

Kanalın məlumatına görə, ölənlərdən 35-i xarici ölkə vətəndaşıdır.

***

Şri Lankada daha iki partlayış baş verib.

Partlayışlardan biri ölkənin qərbində yerləşən Dehivala şəhərində törədilib. Nəticədə iki nəfər ölüb.

Polisin məlumatına görə, ölkədə 8-ci partlayış baş verib. Sonuncu partlayışla bağlı hələlik heç bir məlumat verilməyib.

***

Şri Lanka hökuməti ölkədə komendant saatı elan edib. Bununla bərabər ölkədə sosial şəbəkələr və messencerlərə giriş tam dayandırılıb.

Teraktın təşkilində şübhəli bilinən 7 nəfər həbs edilib.

***

Şri Lankada partlayışlar nəticəsində ölənlərin sayı 207-yə çatıb. Yaralıların isə sayının 450 nəfər olduğu bildirilir.

***

Silsilə partlayışlar nəticəsində ölənlərin sayı 215 nəfərə çatıb.

Bu barədə “Nyus First” kanalı məlumat yayıb.

***

Silsilə partlayışlarda şübhəli bilinən 13 nəfər Şri-Lanka polisi tərəfindən saxlanılıb.

Onlardan 10-u cinayət-axtarış şöbəsinə təhvil verilib.

Tarix
2019.04.21 / 22:07
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla