Yuxarı

Pankisidə polislərin çeçenlərə hücum anı - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

14:27

Gürcüstandakı Pankisi dərəsində hüquq-mühafizə orqanları ilə yerli əhali arasında toqquşmalar başlayıb.

Axar.az xəbər verir ki, bu məlumatı “Xronika+” qəzeti yayıb. Məlumata görə, etirazlara səbəb Pankisi dərəsində hökumətin yenidən “Xadori” su elektrik stansiyasının tikintisini başlatması olub. Yerli əhali dəyənəklərlə silahlanıb və polisə müqavimət göstərməyə başlayıb. Əraziyə xüsusi təyinatlılar yeridilib, onlar isə etirazçılara qarşı gözyaşardıcı qaz və rezin güllələr tətbiq ediblər. Nəticədə bir neçə nəfər xəsarət alıb. Bölgəyə əlavə polis dəstələri yeridilməyə başlanıb.

***

Pankisi dərəsindəki toqquşmalar zamanı 15 polis əməkdaşı xəsarət alıb.

Bunu jurnalistlərə açıqlamasında Gürcüstan Daxili İşlər naziri Georgi Qaxariya deyib.

Qeyd edək ki, Pankisi dərəsindəki əhalinin əksəriyyətini çeçenlər təşkil edir.

***

Hadisə şahidlərindən biri Pankisidə xüsusi təyinatlı polis qüvvələri ilə yerli əhalinin toqquşma anını videolentə alıb.

Videogörüntülərdə təhlükəsizlik qüvvələrinin uzun kortejlərlə hadisə yerinə gəlməsi əks olunur.

Daha sonra etirazçı kütlənin onlara tərəf daş, taxta parçaları atması görünür.

Buna cavab olaraq polislər də gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə ediblər.

Videonu təqdim edirik:

Tarix
2019.04.21 / 19:54
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Prezidentlər Ağdamda Şahbulaq qalasında...

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla