Yuxarı

Şri Lanka faciəsi: Eyfel qaranlığa büründü...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın paytaxtı Parisdəki məşhur Eyfel qülləsi Şri Lankada törədilmiş terror aktları nəticəsində həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq qaranlığa bürünüb.

Axar.az Azərtac-a istinadən xəbər verir ki, artıq dünyada baş verən dəhşətli fəlakətlərin qurbanlarının xatirəsini bu üsulla yad etmək Fransa paytaxtında bir ənənə halını alıb. Eyfel qülləsinin sosial şəbəkələrdəki səhifəsində deyilir: “Bu gün, axşam saat 12-dən etibarən Şri Lankada terror hücumlarının qurbanlarının xatirəsini anmaq üçün mən öz işıqlarımı söndürürəm”.

Xatırladaq ki, aprelin 21-də Pasxa bayramı zamanı Şri Lankada törədilən partlayışlar seriyası nəticəsində azı 290 nəfər həlak olub, 500-ə yaxın insan isə yaralanıb.

Eyfel qülləsinin işıqları sonuncu dəfə 2017-ci ilin mayında – İngiltərənin Mançester şəhərində konsert zamanı 22 nəfərin ölümü ilə nəticələn terror aktından sonra söndürülüb.

Tarix
2019.04.22 / 22:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla