Yuxarı

Kadırovdan əmr: "O deputatları oğurlayın..."

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kadırovdan əmr: "O deputatları oğurlayın..."

Çeçenistan Prezidenti Ramzan Kadırov respublikanın hüquq-mühafizə orqanları və xüsusi təyinatlılarına dekabrın 4-də Qroznıda baş verənlərə görə günahlandırılan ukraynalı deputatlar – Yuri Beryoza, Andrey Levusa və İqor Mosiyçuk barəsində cinayət işinin açılmasını tapşırıb.

Axar.az xəbər verir ki, bundan başqa Kadırov öz döyüşçülərinə həmin deputatların oğurlanıb Çeçenistana gətirilməsini də əmr edib.

"Bu gün mən Çeçenistan Respublikasının hüquq-mühafizə orqanları və xüsusi təyinatlılarına ukraynalı deputatlar – Yuri Beryoza, Andrey Levusa və İqor Mosiyçuk barəsində cinayət işinin açılmasını tapşırmışam. Bununla yanaşı mən adıçəkilən şəxslərin, həmçinin digər cinaəyətkar İsa Munayevin oğurlanıb gətirilməsini əmr etmişəm. Onların Qroznıda baş verən hadisə ilə əlaqələrini təcili yoxlamaq lazımdır. Həmin şəxslər Qroznıda 14 polis əməkdaşının öldürülməsində terrorçuları birbaşa dəstəkləyiblər", - Kadırov özünün İnstaqram səhifəsində yazıb.

Kadırov həmin şəxslərin yerin dərin qatına basdıracağına da söz verib:

"Əgər kimsə fikirləşir ki, terrorçuluğu dəstəkləmək cəzasız qalacaq, çox böyük səhv edir. İstər sözlə, istərsə də dollarla terrorçulara yardım edənləri tutub yerin dərin qatında basdıracağıq".

Tarix
2014.12.06 / 11:59
Müəllif
Anar Əhmədov
Digər xəbərlər

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla