Yuxarı

Buş MKİ-nin işgəncələrinə haqq qazandırdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Buş MKİ-nin işgəncələrinə haqq qazandırdı

ABŞ-ın sabiq Prezidenti Corc Buş 11 sentyabr hücumlarından sonra terror şübhələrinə qarşı tətbiq edilən nəzarət və işgəncə metdolarına görə tənqid edilən ABŞ Mərkəzi Kəşfiyyat İdarəsini müdafiə edib.

Axar.az xəbər verir ki, Buş MKİ-nin nümayəndələrini vətənpərvər adlandırıb. Buş CNN televiziyasına verdiyi müsahibədə Amerika Senatı tərəfindən ötən günlərdə ictimaiyyətə açıqlanan MKİ-nin 11 sentyabr hücumları sonrası terror şübhələrinə tətbiq etdiyi işgəncələrlə bağlı hesabata da toxunub.

Buş MKİ nümayəndələrini ölkənin hörmət göstərməli olduğu vətənpərvərlər adlandıraraq Senatın hesabatının da bu adamların etibarlarına zərbə vurmaq olduğunu vurğulayıb.

Qeyd edək ki, ABŞ-ın Kəşfiyyat üzrə Senat Komitəsi Mərkəzi Kəşfiyyat İdarəsinin Prezident Buş dövründə müsəlman məhbuslara qarşı törətdiyi işgəncələrlə bağlı hesabat yaymışdı. Hesabatda müsəlman məhbusların əksəriyyətinin haqsız yerə ağlasığmaz işgəncələrə məruz qaldığı bildirilmişdi.

Tarix
2014.12.15 / 01:34
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Sərhəddə azərbaycanlı sürücülər çətin vəziyyətdə - Video

Vahid Ələkbərov amerikalı ilə razılaşdı: 10 milyardlıq satış

Təsdiqləndi, prezident Azərbaycana gələcək

Azərbaycanda hakimlərin xidmət haqqı bu qədər olacaq

Bu, İlham Əliyevin strateji baxışı əsasında qurulur

İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair - Video

İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

Litvalı nazirdən Azərbaycan vətəndaşlarına müjdə: Viza...

Kəlbəcər bir güllə atılmadan Azərbaycana təhvil verildi

Əli Əsədov Boçorişvili ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla