Yuxarı

Fikir ayrılığı: Saakaşvilinin partiyası yenə parçalanır?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vahid Milli Hərəkat Partiyasında mübarizə taktikası barədə fərqli fikirlər var, amma komandanın strategiyası və prinsipləri eynidir.

Axar.az xəbər verir ki, bunu “Pirveli” televiziyasına açıqlamasında Gürcüstanın Vahid Milli Hərəkat Partiyasının liderlərindən biri olan Nika Meliya deyib. O, proseslərin radikallaşdırılmasının tərəfdarı olmadığını bildirib.

Meliya mer seçkisi günü verdiyi açıqlamadan sonra Saakaşvili ilə görüşmədiyini, amma yaxın zamanlarda bu görüşün planlaşdırıldığını vurğulayıb:

“Mənim Saakaşvili ilə münasibətlərim yaxşıdır. Biz tez-tez mübahisə edirik, lakin tez-tez mövqelərimiz üst-üstə düşür. Düşünürəm ki, bu, Vahid Milli Hərəkat Partiyasının uğurudur. Mən Sandra Rulofsun “İvanişvili hökumətini seçkiylə dəyişmək mümkün deyil” fikriylə razı deyiləm. İvanişvilini təkcə seçkidə yox, onunla qumar oynasaq belə, qumarda da udmalıyıq. Heç kim bizim partiyanın parçalanmasını gözləməsin”.

Qeyd edək ki, Gürcüstanda mer seçkisindən sonra Saakaşvili və Rulofsun sərt bəyanatlarını Meliya dəstəkləməmişdi. O, yaydığı bəyanatda ad çəkməsə də, inqilab və küçələrdə mübarizənin qəbuledilməz olduğunu bildirmişdi. Bundan sonra bəzi mətbuat orqanları Vahid Milli Hərəkatın parçalanacağına dair məlumat yaymışdılar.

Bazar günü Gürcüstanın Zuqdidi şəhərində baş tutan mer seçkisində Saakaşvilinin həyat yoldaşı Sandra Rulofs hakimiyyətin nümayəndəsinə uduzdu. Maraqlı məqam Rulofsun uduzduğu şəhərin Saakaşvilinin aktiv dəstəkçisi olması idi.

Ekspertlər Zuqdidi seçkisində kifayət qədər saxtakarlığın olduğunu və İvanişvilinin bütün dövlət resursunu Rulofsu məğlub etməyə yönəltdiyini bildiriblər.

Tarix
2019.05.23 / 17:46
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla