Yuxarı

Rus general: “İsgəndər” raketləri Avropaya yerləşdirildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rus general: “İsgəndər” raketləri Avropaya yerləşdirildi

"Rusiya "İsgəndər-M" raketlərini 5 gün bundan öncə Kalininqrada yerləşdirib".

Axar.az "Reqnum" agentliyinə istinadən xəbər verir ki, bu açıqlamanı rusiyalı generalı-leytenant Andrey Kartapolov Rusiyanın Kalininqrad ətrafında dekabrın 5-dən 10-a kimi davam edən və Qərb Hərbi Dairəsinin qoşunlarının hərbi hazırlığının yoxlanılması və regionun təhlükəsizliyinin təmin olunması məqsədilə keçirildiyi bildirilən təlimdən danışarkən deyib.

O, təlimdə 9 min hərbçinin, 250 tankın, 100 artilleriya və reaktiv sistemin, 55 gəminin, 41 uçan aparatın iştirak etdiyini bildirib. General bütün texnikanın təlimdən sonra ərazidən geriyə çəkilməsi haqqında məlumat versə də, "İsgəndər-M" raketlərinin ərazidə qalıb-qalmaması barədə heç bir söz söyləməyib.

Qeyd edək ki, bir il bundan öncə Almaniyanın "Bild" qəzeti Kalininqrada "İsgəndər-M"raketlərinin gətirildiyini və onların Baltik ölkələri tərəfə istiqamətləndirildiyi haqqında informasiya yaymışdı. Lakin sonradan Putin narahatlığa əsas olmadığını və Kalininqrada heç bir raketin yerləşdirilmədiyini demişdi.

Tarix
2014.12.16 / 23:40
Müəllif
Ülkər Cəfərova
Digər xəbərlər

Prezident tapşırıq verdi: Diplomatlarımız təxliyə edildi

Bu hücumu qətiyyətlə pisləyirik - Pelleqrini

BMT də Naxçıvana hücuma səssiz qalmadı

Tsviyanoviçdən Əliyevə: Biz bunu qəti şəkildə qəbul etmirik

Bu səhifə Azərbaycanla bağlı dezinformasiya yayır

İlham Əliyev Babişə təşəkkür etdi

SEPAH Azərbaycanda bu hədəflərə hücum hazırladı - Video

Çexiya baş naziri İlham Əliyevə məktub göndərdi

Herisçi Təbrizdən müraciət yaydı: Onu məcbur ediblər? - Video

İlham Əliyev Vuçiçlə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla