Yuxarı

FHN silsilə maarifləndirmə tədbirləri keçirdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
FHN silsilə maarifləndirmə tədbirləri keçirdi

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

Axar.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Belə ki, FHN-in Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin mütəxəssislərinin də iştirakı ilə Gəncə Regional Mərkəzi (RM) tərəfindən Gəncə şəhər M.Müşfiq adına 14 nömrəli, Samux rayon Ş.Ağamalıyev adına Füzuli kənd və Şəmkir rayon Q.Allahverdiyev adına Şiştəpə kənd, Aran RM tərəfindən Ucar rayon Qazıqumlaq kənd 1 nömrəli və Ağdaş rayonu, Nehrəxəlil kənd, Muğan RM tərəfindən Saatlı şəhər 4 nömrəli, Şimal RM tərəfindən Qusar rayonu, Ləcət kənd və Xaçmaz rayonu, Xudat şəhər 4 nömrəli, Şimal-qərb RM tərəfindən Qobustan rayonu, Ə.Nəbiyev adına Təklə Mirzəbaba kənd, Qarabağ RM tərəfindən Ağcabədi şəhər 1 nömrəli və Beyləqan rayonu, Dünyamalılar kənd 1 nömrəli və Cənub RM tərəfindən Masallı rayon Bədəlan kənd tam orta məktəblərində maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğın və zəlzələ ilə bağlı zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.

Tarix
2026.04.15 / 11:57
Müəllif
Axar.az
Digər xəbərlər

Qarabağın bərpasında ilk kömək edən ölkə... - Prezident

Prezidentlər mətbuata bəyanatla çıxış etdilər

Əliyevin Özbəkistana səfəri tarixi hadisədir - Mirziyayev

Prezidentlərin təltifolunma mərasimi keçirildi

Yeni Daşkənddə "Azərbaycan" parkının təməli qoyuldu

Özbəkistan böyük nüfuza malikdir - Əliyev

Maraqlı anlar: İlham Əliyevi Azərbaycan dilində salamladı - Video

Ən səmərəli və nəticəyönümlü fond... - Prezident

Daşkənddə Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirildi

Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı - Açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla