Yuxarı

Türkiyə ilə Ukrayna milyardlıq müqavilə imzalayacaq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2015-ci ilin ilk aylarında Ukraynaya rəsmi səfər edəcək.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ukraynanın Türkiyədəki səfiri Sergey Korsunski deyib. O, Türkiyə ilə hərbi əməkdaşlıq sahəsində bəzi razılaşmalar imzalanacağını bildirib:

"Türkiyə ilə konkret və geniş layihələr üzərində işləyirik. Milyardlarla dollar dəyərində layihələr gündəmdədir. Xüsusilə hərbi-texniki sahədə əməkdaşlıq etməyi planlaşdırırıq. Ancaq bu tank və ya gəmi istehsalı yox, aviasiya və kosmos sənayesində əməkdaşlıq olacaq".

Səfir Ərdoğanın Ukraynaya səfərinə qədər iki ölkə arasında sərbəst ticarət bölgəsinin qurulması ilə bağlı müqavilənin hazırlanacağını bildirib.

Tarix
2014.12.17 / 16:27
Müəllif
İlham Sahiloğlu
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla