Yuxarı

Türkiyədə müalicə olunan əsgərimiz vətənə qayıtdı - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyədə müalicə olunan əsgərimiz vətənə qayıtdı - Foto

Düşmənin kəşfiyyat-təxribat qruplarının hücum cəhdinin qarşısının alınması zamanı yaralanan, sonradan müalicəsini davam etdirmək üçün Türkiyəyə yola salınan əsgər Sərxan Tahirzadə dekabrın 17-də Vətənə qayıdıb.

AzərTAc xəbər verir ki, Sərxan Tahirzadəni Heydər Əliyev Beynəlxalq Aeroportunda Müdafiə Nazirliyinin, Türkiyə Əməkdaşlıq və İnkişaf Agentliyinin (TİKA) Bakı proqram əlaqələndiriciliyi ofisinin nümayəndələri və əsgərin yaxınları qarşılayıblar.

Doğma Vətəndə olmağına çox sevindiyini bildirən S.Tahirzadə deyib: "Özümü yaxşı hiss edirəm. Mənə göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan, Prezident İlham Əliyevə və Müdafiə naziri Zakir Həsənova təşəkkür edirəm. Ayağa qalxmağıma kömək göstərən hər kəsə minnətdaram. Müalicəmi tam başa vurub Vətənə qayıtmağıma görə çox sevinirəm.

S.Tahirzadənin dayısı Mais Nəhmətov əsgərimizin müalicəsinə göstərdiyi yüksək diqqət və qayğıya görə ailələri adından Ali Baş Komandan, Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

TİKA-nın Bakı proqram əlaqələndiriciliyi ofisinin rəhbəri Mustafa Haşim Polat S.Tahirzadənin müalicəsini tam başa vuraraq Vətənə qayıtmağından məmnunluq duyduqlarını diqqətə çatdırıb, əsgərimizi təbrik edib. Azərbaycan əsgərlərinə uğurlar diləyən ofis rəhbəri Türkiyənin hər zaman qardaş Azərbaycanın yanında olduğunu vurğulayıb.

Tarix
2014.12.17 / 21:14
Müəllif
Axar.az
Digər xəbərlər

NATO Cənubi Qafqaz üzrə xüsusi nümayəndə təyin etdi

İranın Azərbaycana qarşı terrorunu Pakistanın qınaması...

Azərbaycanın İrana cavabı necə olacaq? - Zülfüqarov

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Naxçıvana hücum sübut etdi: İranda qərar verən qalmayıb!

"Kamaz" sərnişin avtobusuna çırpıldı - Anbaan video

Bayramov Moldova XİN başçısı ilə görüşdü

İran Azərbaycanı: Stalin geri çəkilməyə məcbur olmuşdu

SEPAH Bakı-Ceyhana hücum edə bilər? - Risk və təhdid artdı

Bayramova gecəyarısı gələn bu zəng İrana tərs şillə oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla