Yuxarı

Gizli görüş: Kiyev və Tiflis arasında Saakaşvili müzakirəsi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gizli görüş: Kiyev və Tiflis arasında Saakaşvili müzakirəsi

Gürcüstanın “Rustavi 2” televiziya kanalı ölkənin Baş naziri Mamuka Baxtadze ilə Ukrayna Prezidenti Vladimir Zelenski arasında Brüsseldə gizli görüş keçirildiyi barədə məlumat yayıb.

Report xəbər verir ki, ehtimala görə, görüşdə tərəflər Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin Ukraynadan Gürcüstana ekstradisiyası məsələsini müzakirə ediblər.

Yayılan məlumata münasibət bildirən Gürcüstanın Avropa İttifaqındakı missiyasının rəhbəri Natali Sabanadze M.Baxtadzenin V.Zelenski ilə hər hansı bir görüş keçirmədiyini deyib.

Onun sözlərinə görə, Gürcüstanın baş naziri Brüsseldə ABŞ-ın Müstəqillik gününə həsr olunmuş tədbirdə iştirak edəcək: “Həmin tədbirdə Vladimir Zelenski ilə görüş nə planlaşdırılıb, nə də razılaşdırılıb”.

Qeyd edək ki, M.Saakaşvili 2004-cü il yanvarın 25-dən 2007-ci il noyabrın 25-dək, 2008-ci il yanvarın 20-dən 2013-cü il noyabrın 17-dək Gürücüstanın prezidenti, 2015-ci il mayın 30-dan 2016-cı il noyabrın 9-dək Ukraynanın Odessa vilayətinin qubernatoru olub. Ukrayanda korrpusiya və rüşvətxorluğa, ölkənin Daxili işlər naziri Arsen Avakova və başqa oliqarxalara qarşı çıxışlar etdiyi üçün tutduğu vəzifədən azad olunub. Ukrayan Prezidenti Petro Poroşenkonun əmri ilə M.Saakaşvili 2018-ci ilin fevralın 12-də ölkədən çıxarılıb və təyyarəyə mindirilərək Polşaya göndərilib. Eyni zamanda onun Ukrayna vətəndaşlığı ləğv edilib.

M.Saakaşvili prezident seçkisində Vladimir Zelenskinin qalib gələcəyi halda Ukrayana qayıdacağını bildirmişdi. V.Zelenski prezident kimi fəaliyyətə başlayandan sonra M.Saakaşvilinin vətəndaşlığını bərpa edib. O, mayın 29-da Ukraynaya qayıdıb.

Tarix
2019.06.04 / 17:12
Müəllif
Axar.az
Digər xəbərlər

Şahin Mustafayev Möhsün Rzayi ilə görüşdü

Pakistanda zorlanan azərbaycanlı qızla bağlı şok faktlar - Foto

Müharibəyə baxmayaraq, İranın Azərbaycanla... - Fərzanə Sadiq

Slovakiyanın müdafiə naziri Azərbaycana gəldi

Şahin Mustafayev Məsud Pezeşkianla görüşdü

Azərbaycan və Belarus hərbi əməkdaşlığı müzakirə etdi

Türkiyə MN Naxçıvandakı təlimdən video yaydı

Avropa Komissiyasının rəsmiləri Naxçıvanda - Foto

Putindən fərman: Azərbaycanla bağlı qadağa...

İran səfiri Simonyanla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla