Yuxarı

Britaniya da İranı ittiham etdi - Tankerə hücum

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya Oman körfəzində tankerlərdə baş verən partlayışlara görə İranı ittiham edib.

Axar.az xəbər verir ki, bu barədə Britaniya XİN-in bəyanatında deyilib.

“Baş verən hadisədən sonra Britaniya belə bir qənaətə gəldi ki, İran silahlı strukturlarından biri – İran İslam İnqilabı Keşikçiləri Korpusu 13 iyunda 2 tankerə hücum edib. Dövlət tərəfindən dəstəklənməyən heç kim bunun məsuliyyətini öz üzərinə götürə bilməz”, - deyə bildirilib.

Qeyd edək ki, bundan öncə ABŞ Dövlət katibi Mayk Pompeo Oman körfəzindəki tanker partlayışına görə bütün məsuliyyətin İranın daşıdığını bəyan etmişdi.

Oman körfəzindəki iki neft tankerində partlayış dünən baş verib. Partlayışdan sonra tankerlərdən birinin ekipajı İran hərbçiləri, digəri isə ABŞ hərbçiləri tərəfindən xilas edilib.

İddiaya görə, tankerlərə torpeda ilə hücum edilib.

Tarix
2019.06.14 / 23:29
Müəllif
Kamran Ədalət
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla