Yuxarı

Kadırov: “Putinə prezident kimi hörmət etmirəm”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kadırov: “Putinə prezident kimi hörmət etmirəm”

"İndiki döyüşçüləri sağaltmaq olmaz, onları yalnız məhv etmək olar".

Publika.az-ın verdiyi xəbərə görə, bu sözləri Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırov "İzvestiya" nəşrinə müsahibəsində bildirib.

"Bugünkü döyüşçülər yolundan azıblar, onlar xəstədirlər. Onlar islama, öz xalqına və qanunlara qarşı olan yolu qəbul ediblər. Onlar amansızcasına cəzalandırılacaqlar. Düşünürəm ki, bu, 1999-2000-ci illərdən daha sərt olacaq", - o deyib.

Xatırladaq ki, dekabrın 18-də Rusiya prezidenti Vladimir Putin jurnalist Ksenya Sobçakın "Çeçenistan prezidenti Ramzan Kadırovun bu ölkədə terrorçuların qohumlarının da cəzalandırılacağı ilə bağlı bəyanatına münasibətiniz necədir" sualına cavab verərkən Kadırova xəbərdarlıq edib. "Hamı Rusiya qanunlarına əməl etməlidir. Məhkəmə qərarı olmadan heç kim cəzalandırıla bilməz. Qroznıda 14 polisin qətlindən sonra Ramzan Kadırovun emosiyalarını anlayırıq. Amma hesab edirik ki, emosiyaları bu şəkildə ifadə etmək hüquqlarına malik deyil", - Putin vurğulayıb.

Çeçenistan prezidenti paytaxt Qroznıda 4 dekabr terror aktından sonra döyüşçülərin ailələrini Çeçenistandan çıxaracağına və evlərini dağıdacağına söz verib.

"Bizim Putinlə kişi münasibətlərimiz var. Mən ilk növbədə hətta ona prezident kimi hörmət etmirəm, bir kişi və vətənpərvər kimi hörmət edirəm", - Çeçenistan Respublikasının prezidenti "İsvestiya" nəşrinə bildirib.

Tarix
2014.12.22 / 11:41
Müəllif
Axar.az
Digər xəbərlər

Naxçıvana hücum sübut etdi: İranda qərar verən qalmayıb!

"Kamaz" sərnişin avtobusuna çırpıldı - Anbaan video

Bayramov Moldova XİN başçısı ilə görüşdü

İran Azərbaycanı: Stalin geri çəkilməyə məcbur olmuşdu

SEPAH Bakı-Ceyhana hücum edə bilər? - Risk və təhdid artdı

Bayramova gecəyarısı gələn bu zəng İrana tərs şillə oldu

Prezident Mixay Popşoini qəbul etdi - Foto

Naxçıvana hücum səbəbi - Ağar çağırış etdi

Saakaşvili: Terrorçu rejim Azərbaycanı qəsdən vurdu

Naxçıvana düşən dronun üzərinə nə yazılıb? - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla