Yuxarı

Putin təcili Osakanı tərk etdi: İrkutska gəldi – Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putin təcili Osakanı tərk etdi: İrkutska gəldi – Video

00:48

Prezident Vladimir Putin təcili olaraq daşqınla bağlı fövqəladə vəziyyət elan edilən İrkutsk vilayətinə gedib.

Axar.az xəbər verir ki, Putin G20 zirvəsinin keçirildiyi Osaka şəhərindən gecə yarısı ayrılıb və İrkutska gələrək müşavirə keçirib. Müşavirədə Rusiya Fövqəladə Hallar naziri Yevgeni Ziniçev, İrkutskun qubernatoru Sergey Levçenko, baş nazirin müavini Anton Siluanov və digər rəsmi şəxslər iştirak edib.

Putin rəsmi şəxsləri vilayətin hava limanının binasında toplayıb. Putin operativ olaraq daşqından zərər görən insanlara yardım edilməsi və onlar barədə məlumat verilməsi barədə tapşırıq verib. Onların içməli su, qida, dərman və ilkin yardımla təmin edilməsi məsələsini müşavirədə qaldırıb. Bundan əlavə, Putin bildirib ki, daşqın nəticəsində yaxınlarını itirmiş insanlara yardım edilməli və təxliyə edilənlərin siyahısı hazırlanmalıdır.

Qeyd edək ki, ötən gündən İrkutskda güclü yağışlar səbəbindən sel evləri aparıb. Rəsmi məlumata görə, ən azı 5 nəfər ölüb.

***

İndiyə qədər tibbi yardıma 517 nəfər müraciət edib ki, onlardan da 40-ı uşaqdır. 112 nəfər, o cümlədən 19 uşaq xəstəxanaya yerləşdirilib.

Tarix
2019.06.30 / 02:00
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

XİN-dən AB-Azərbaycan görüşü barədə açıqlama

İran “geri çəkilmədi”, amma tələbi yerinə yetirdi

İlham Əliyev və Ərdoğan görüşdü

Sülh sazişinin ratifikasiyası üzərində işləyirik - Kostanyan

Yeni regional təhlükəsizlik arxitekturası qurulur - Hacıyev

Türkiyə bizə bu formata qoşulmağı təklif etdi - Simonyan

Azərbaycanla yeni müharibə xəbərdarlığı edildi

Prezident və xanımı Antalyada mühüm tədbirdə...

Bu nazirlikdə kollegiya iclası keçirildi

Türkiyədə şagird hücumları: Psixoloqlar çağırış etdi - Təhlükə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla