Yuxarı

Sabiq nazirin hesablarına həbs qoyuldu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvanın Başmanı rayon məhkəməsi fırıldaqçılıqda ittiham edilən Rusiyanın sabiq açıq hökumət naziri Mixail Abızovun bank hesablarında olan 121,7 milyon avro vəsaitə həbs qoyub.

Report xəbər verir ki, bu barədə TASS-a məhkəmənin mətbuat katibi Yunona Tsareva bildirib.

Onun sözlərinə görə, məhkəmə qərarına hələlik etiraz edilməyib. Hazırkı valyuta kursuna əsasən, həbs qoyulan vəsaitin miqdarı, təxminən, 8,7 milyard rubl təşkil edir.

Qeyd edək ki, Basmannı rayon məhkəməsi aprelin 1-də Abızovun cari hesablarında olan 437 milyon rubla, aprelin 2-də Moskva vilayətindəki iki torpaq sahəsinə və iki yaşayış evinə, eləcə də Moskvada avtomobil parkına həbs qoyub. İyunun 16-da Moskvanın Preobrajenski rayon məhkəməsi "Sənaye Texnologiyaları” ASC-nin dəyəri 160 min rubl olan 1667 adi səhminə həbs qoyub. İstintaqın iddiasına görə, əmlakın həbs edilməsi zərərçəkmişlərə kompensasiya ödənilməsi və Abızova qarşı ittiham hökmü çıxarılacağı təqdirdə dövlətə cərimənin ödənilməsi üçün gərəklidir.

Tarix
2019.07.10 / 12:34
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla