Yuxarı

Ərdoğandan Babacanla bağlı – Heyrətamiz açıqlama

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğandan Babacanla bağlı – Heyrətamiz açıqlama

Əli Babacan mənimlə görüş tələb etdi və görüşdük. Görüş zamanı “bu seçkidən sonra istefa edəcəm, çünki partiyaya qarşı bağlılıq hissimi itirmişəm. “Bağlılıq hissinizi itirməyinizə səbəb nədir” deyəndə isə “Ölkədəki iqtisadi vəziyyət” cavabını verdi. Əlbəttə, istefa məktubunu görməmişəm, ancaq o gün də mənə bir məktub vermişdi. Orada da qurucularından olduğu AKP-dən bağlılıq hissini itirməyə başladığına görə ayrılmaq istədiyini qeyd etmişdi.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Əli Babacanın partiya sıralarından istefası ilə bağlı danışarkən deyib.

“Bir çox şeyləri müzakirə etdik. Bir çox şəxslərlə görüşdüyünü, müxtəlif görüşlərin nəticəsi kimi bir sıra addımlar atmasından danışdı. Mən ondan “Partiya quracaqsınız?” soruşdum. “Hazırda düşünmürük, ancaq bir platforma şəklində çalışırıq” cavabını verdi. Dedim ki, bax, Əli bəy, əgər sənin bu kabinetə fayda verə biləcək fəaliyyətlərin varsa, verəcəyiniz informasiyalar varsa, biz bunlardan istifadə edərik. Mən sənə müşavirlik təklif etdim, qəbul etmədin”. Daha irəli gedirəm, Özbəkistan məndən dövlət formalaşdırılmasında iştirak edəcək əməkdaş istədi, Əli bəyi təklif etdim. Özünə də söylədim, təəssüf ki, oraya da “hə” demədi.

Əli bəy AKP daxilində bəlkə də Türkiyədə ən gənc yaşda nazirlik vəzifəsi həvalə edilmiş şəxsdir. Sonrakı bütün dövrlərdə də nazir olub. Anlaşdığımız, anlaşa bilmədiyimiz bir çox mövzu olub. Bunlardan ən vacibi faiz məsələsidir. Çünki faizin bizə nə qədər zərəri olduğunu həmişə ona demişəm”.

Xeyirli olsun

“İndi Əli bəy dərhal, rahatlıqla istefasını verib, xeyirli olsun! Partiyamızdan bu formada ayrılanlar əvvəllər də olub. Hətta qrup quracaq millət vəkilləri ilə ayrılanlar da olmuşdu. Bu şəxslərin kim olduqlarını soruşsam, xatırlayarsınız? 17-18 nəfər başqalarını da qatdılar və qrup yaratdılar. Onlardan yalnız Ərkan bəyi xatırlayarsınız, digərlərini yox. Eyni şəkildə ondan sonra da ayrılanlar olub. Məsələn, biri indi cənab Kılıçdaroğlu ilə bərabərdir. Çox böyük bir eşqlə ayrılmışdı, partiyasını qurmuşdu. O da ayrıldı, ancaq alınmadı, tutmadı. Daha biri də ayrıldı, yenə tutmadı. Nəhayət, Ordudan bələdiyyə sədrliyinə namizəd oldu. Ancaq Orduda bizim namizədimiz Hilmi bəy böyük səs fərqi ilə sədr seçildi.

Bunu açıq və səmimi söyləyirəm, bizim partiyamızın oturmuş, yerləşmiş bir infrastrukturu var. Əli bəyə də dedim, “Yolunuz yolunuzdur, amma bunu unutmayın ki, bu ümməti parçalamağa haqqınız yoxdur. Siz bunu edirsiniz. Parçalanma ilə də bir yerə çıxa bilməyəcəksiniz”. Bunu da dedim ki, çox gecikməyin, tez bir zamanda partiyanızı qurun. Çünki seçkiyə 4 il qalıb”.

Türkiyə Prezidenti həmçinin Əli Babacan, Əhməd Davudoğlu və Abdullah Gülə qarşı bir incikliyi olub-olmasına dair suala da cavab verib:

“Bunlara qarşı inciklik olmasın, kimə qarşı olsun? Biz zəhər içsək belə, səbir etdik, əleyhlərinə bir şey danışmadıq. Prezident seçkiləri oldu. Baxın son seçkidə İstanbulda baş verənlərə, Binəli bəylə bağlı çıxıb bir tək müsbət ifadə səsləndirmədilər. Siz nəfsinizlə hesablaşın. Bu kimdir? – mənim dostum. Bununla bağlı necə ola bilər ki, kiçik bir fikir səsləndirməyim? Bundan əvvəl referendumda da “yox”a səs verdilər. Ancaq bir şey demədik. Hər kəsin etdiyi öz ayağına yazılır”, - Ərdoğan bildirib.

Tarix
2019.07.10 / 12:41
Müəllif
Orxan Tağıyev
Digər xəbərlər

Vəfa ilə müsahibəyə görə erməni kanalı bağlandı - Video

Qətər və AB strateji tərəfdaşlıq sazişi üzrə danışıqlara başladı

Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu - Video

Prezident BƏƏ-nin bir sıra şirkətlərinin rəhbərlərini qəbul etdi

Ərdoğanın müavini Azərbaycana gəlir

Bakı ilə narrativlərimiz ziddiyyətli idi... - Qriqoryan

Tramp buna görə İlham Əliyevə təşəkkür etdi

Eyyubov Moskvada mühüm iclasda: Diqqət çəkən məqam...

Azərbaycan Cənubi Qafqazda yeni reallıqlar yaradır

Sülh sazişinin paraflanması atmosferi dəyişdi - Qriqoryan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla