Yuxarı

Ərdoğan Gül və Davudoğlu ilə görüşəcək - Şok təklif

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdiğan yeni siyasi partiya qurmağa çalışan sələfi Abdullah Gül və sabiq baş nazir Əhməd Davudoğlu ilə görüşəcək.

Teleqraf.com xəbər verir ki, Ərdoğanın yeni siyasi partiya müzakirələri getdiyi vaxt sabiq maliyyə naziri Məhməd Şimşəklə görüşü diqqət çəkib.

Ərdoğanın sabiq iqtisadiyyat naziri Əli Babacanın partiyasında yer alacağı iddia edilən Şimşəyə müşavirlik təklif etdiyi müzakirə edilərkən, daha bir ilginc iddia irəli sürülüb.

Siyasi analitik Abdulqədir Səlvi Ərdoğanın Şimşəkdən sonra Gül və Davudoğlu ilə görüşəcəyini deyib:

“Süleyman Dəmirəl illər sonra “Ən böyük xətam Ədalət Partiyasının qurulmasının qarşısını almamaq idi” demişdi. Çünki bu partiyanın qurulmasından sonra o, yeganə iqtidar olmadı.

Bir az gec olsa da, Ərdoğan Dəmirəlin səhvini təkrarlamaq istəmir. Babacan və Şimşəkdən sonra sürpriz görüşlərin olacağı gözləniləndir. Maraqlıdır, görəsən, Ərdoğan Abdullah Gül və Əhməd Davudoğlu ilə də görüşəcək? Ramazanda bu barədə bir xəbər eşitmişdim”.

Bu xəbər Ərdoğanın siyasi partiya qurmaq istəyən sabiq dövlət rəsmilərinə vəzifə təklif edəcəyi iddiasına yol açıb.

Tarix
2019.07.15 / 11:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla