Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
23 Avqust 2019


3500-cü ilə gedib-gələn qadından sensasion iddia

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

3500-cü ildən gəldiyini iddia edən bir qadının dediyi sözlər hər kəsi təəccübləndirib.

Teleqraf.com xəbər verir ki, adının Mari olduğunu söyləyən qadın hansı ölkədən olduğunu "həyati təhlükə" səbəbindən deməyəcəyini bildirib.

Mari 18 yaşında olarkən Fransanın paytaxtı Parisdə professor Paul Martuksun ona laboratoriyada iş təklif etdiyini bildirib. Marinin iddiasına görə, laboratoriyada ancaq xüsusi şəxslərin girə biləcəyi bir otaq olub və o, bu gizli otağa girmək icazəsi verən bir kart əldə edib.

Onun sözlərinə görə, bir gün professor onu bu otaqda görərkən əsəbləşir və sirləri ona açmağa məcbur olur. Mari Paulun bu gizli otaqda “zaman maşını” hazırladığını söyləyib.

O, “zaman maşını”nın polad stula oxşadığını bildirib. “Zaman maşını”nın 1970-ci illərdə icad edildiyini bildirən Mari qeyd edib ki, bu texnologiyanın dünya əhalisindən gizlədilməsi üçün bir protokol imzalanıb. O, laboratoriyadakı bu cihazla hərbi və siyasi məqsədlər üçün gələcəyə adam göndərildiyini iddia edib.

1 il “zaman maşını”nın sirlərini öyrəndikdən sonra gələcəyə getmək istəyən Marinin xahişi qəbul olunub. Onun 3500-cü ilə getməsi qərara alınıb. Daha əvvəl ən uzağı 2900-cü ilə gedildiyini bildirən Mari bunun böyük risk olduğunu vurğulayıb.

2900-cü ilin cənnət kimi bir zaman olduğunu söyləyən Mari 3500-cü ili cəhənnəm kimi xarakterizə edir və o tarixdə böyük bir savaşın baş verdiyini bildirib. Andromeda Qalaktikasından gələn yadplanetlilərin Yer kürəsinə hücum etdiyini önə sürən Mari 3500-cü ildə bir il qaldığını, yadplanetlilər qarşı döyüşən bir qrupa qatıldığını və yadplanetlilər tərəfindən əsir alındığını iddia edib.

7 gün öncə gələcəkdən gəldiyini bildirən Mari yadplanetlilərdən hamilə qaldığını və 5 ay ərzində yarı insan, yarı yadplanetli bir canlı dünyaya gətirəcəyini deyib. O, buna görə çarəsiz olduğunu bildirib.

Mari məsələ ilə əlaqədar yeni açıqlamalar verəcəyini vurğulayıb.

Tarix
2019.07.19 / 22:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Türkiyə cəmiyyətini silkələyən cinayət

Ərdoğan Moskvaya gedir: Putinlə görüş

AKP Türkiyəyə nə verdi? - 18 ilin hesabatı

Yəmən ordusundan husilərə zərbə: Ətaq ələ keçirildi

ABŞ Rusiyaya sanksiyalar tətbiq edəcək

Ben Laden öldürüldü - ABŞ

İndoneziyada bərə yandı: itkin düşənlər var

Çeçenistanda Avropanın ən iri məscidi istifadəyə verildi

Xazaradze: Gürcüstanı dəyişəcəyik

Məşhur milyarder öldü

KULT
<>
Xəbər xətti
 
e-vetendash
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla