Yuxarı

MSK açıqladı: Zelenskinin partiyası liderdir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
MSK açıqladı: Zelenskinin partiyası liderdir

14:32

Ukraynada növbədənkənar parlament seçkiləri start götürüb.

Axar.az xəbər verir ki, seçki məntəqələrində seçicilər yerli vaxtla 20:00-a qədər səsvermə hüququndan istifadə edə biləcək.

Seçkilərdə ümumilikdə 24 siyasi partiya və 3220 namizəd iştirak edir.

Ukrayna Daxili İşlər Nazirliyindən seçici fəallığının 50-ə yaxın olmasının gözləndiyi bildirilib.

Azərbaycanda olan Ukrayna vətəndaşları bu ölkənin Bakıdakı səfirliyində açılmış 3 saylı seçki məntəqəsində öz səslərini verə bilərlər.

***

Yerli vaxtla saat 12:00-a olan nəticəyə görə, Ukraynada keçirilən növbədənkənar parlament seçkilərində seçici fəallığı 13,61 faiz olub.

Bu barədə Ukrayna Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

***

Ukraynada keçirilən növbədənkənar parlament seçkilərinin ekzit-poll nəticələri açıqlanıb.

Ukrayna Prezidenti Vladimir Zelenskinin partiyası səslərin 37 faizini toplayıb.

Viktor Medvedçukun liderlik etdiyi “Həyat naminə müxalif platforma” isə 17.6 faiz səs toplaya bilib. Yuliya Timoşenkonun Batkivşinası 5.9 faiz, Poroşenkonun partiyası isə 5.5 faiz səs toplayıb.

***

Ukrayna Mərkəzi Seçki Komissiyasının məlumatına görə, bu vaxta qədər sayılan səslərlə Zelenskinin partiyası 50,37 faiz səslə liderlik edir.

Tarix
2019.07.21 / 23:25
Müəllif
Orxan Tağıyev
Digər xəbərlər

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla