Yuxarı

Türk ölkəsində şok çevriliş planı: Rusiya imkan vermədi - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türk ölkəsində şok çevriliş planı: Rusiya imkan vermədi - Video

14:11

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun ölümü ilə bağlı yayılan dezinformasiyalar türkmən müxalifətinin ölkədə çevriliş etmək məqsədindən irəli gəlirdi.

Axar.az xəbər verir ki, bunu rusiyalı siyasi analitik Denis Korkodinov deyib.

Korkodinov Türkmənistan hökumətindəki mənbələrə istinadən bildirib ki, regionda fəaliyyət göstərən islamçı qruplaşmalarla birgə türkmən müxalifəti, o cümlədən İŞİD terror təşkilatı Prezidentin Aşqabadda olmamasından istifadə etdi:

“Onlar yerli ictimaiyyət və güc strukturlarının yardımı və dəstəyinə ümid edərək çevrilişə cəhd göstərdilər. Amma türkmənbaşı müxalifətin planlarından əvvəlcədən xəbərdar edilmişdi və rus kəşfiyyatının yardımı ilə çevrilişin qarşısını ala bildi. Bu, Türkmənistan siyasi elitasının daxilində bir sui-qəsdin ortaya çıxmasına imkan verdi”, - Korkodinov bildirib.

Onun sözlərinə görə, yaxın günlərdə Aşqabadda müxalifətin “təmizlənməsi” həyata keçiriləcək:

“Həddən artıq şəxsə cinayət işi açılacaq. Cəhdin bəzi iştirakçıları məhv ediləcək”.

Qeyd edək ki, ötən gün Türkmənistan lideri Qurbanqulu Berdiməhəmmədovun ölümü barədə məlumat yayılmışdı. Bildirilir ki, Almaniyada müalicə olunan anasını yoluxmağa gedən Q.Berdiməhəmmədov ölkədən çıxan kimi ssenari işə salınıb.

Tarix
2019.07.22 / 22:47
Müəllif
Əli Məmmədov
Digər xəbərlər

Suqovuşan və Talışın azad edilməsindən altı il ötür

Baş katibdən TDT ilə bağlı bəyanat

Böyrümüzdə Azərbaycan dilində bizə qarşı... - Prezident

Aysel Bayramova işdən çıxdı

Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...

Hafiz Paşayev təltif olundu

Ermənistan MTX-dən hərbçimizlə bağlı açıqlama

Nazir 20 ilin prorektorunu işdən çıxardı - Foto

ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...

Köhnə qvardiya YAP rəhbərliyinə qayıtdı - Detallar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla