Yuxarı

Aİ-dən bu ölkələrə 10,5 milyonluq yardım... - Siyahı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Aİ-dən bu ölkələrə 10,5 milyonluq yardım... - Siyahı

Avropa İttifaqı (Aİ) son bir ayda təbii fəlakətlərdən zərər görmüş Cənubi və Cənub-Şərqi Asiya ölkələrinə 10,5 milyon avroluq humanitar yardım edəcək.

Axar.az xəbər verir ki, bununla bağlı Avropa Komissiyası məlumat yayıb. Məlumatda deyilir: “Avropa Komissiyası yeni humanitar paket yaradıb və bu çərçivədə Cənubi və Cənub-Şərqi Asiyanın təbii fəlakətlərdən zərər görmüş, humanitar böhran yaşandığı ölkələrinə 10,5 milyon avroluq humanitar yardım edilməsi qərara alınıb”. Qeyd olunub ki, Hindistan və Banqladeşdə musson yağışları nəticəsində meydana gələn sel və daşqınların qurbanlarına da əlavə 1,5 milyon avro göndəriləcək. Həmçinin Nepal və Filippin də bu siyahıya daxil edilib.

Avropa komissarı Kristos Stilianides bildirib ki, həmin ölkələrdə insanların düşdükləri ağır humanitar fəlakət Aİ-nin onlarla həmrəyliyini tələb edir. Təbii fəlakət bölgəsinə, ilk növbədə, içməli su, sanitar təmizlik ləvazimatları və ən zəruri qida məhsullarının çatdırılması təmin ediləcək.

Son məlumatlara görə, musson yağışları nəticəsində Hindistanda 10 milyon nəfər, Banqladeşdə isə 4 milyon adam humanitar böhranla üz-üzədir.

Tarix
2019.07.22 / 21:48
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident xalqımızın torpaq həsrətinə son qoydu - Qafarov

Dövlət rəsmiləri Zəfər parkında - Foto

Türkiyə XİN Azərbaycanı təbrik etdi

Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım etdi

Rusiyadan Simonyanın Qarabağla bağlı sözlərinə cavab

Həsrətə son qoyuldu, bu, misilsiz bir duyğudur

Bakıda keçirilən dünya çempionatı başa çatdı - Video

Şuşanın azad olunmasından 6 il ötür

Azərbaycanda Zəfər Günü qeyd olunur

Ruslara yalvardım ki, müharibəni dayandırın, biz qardaşıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla