Yuxarı

Kikabidze: Putin Tiflisi diz çökdürmək istəyir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kikabidze: Putin Tiflisi diz çökdürmək istəyir

Rusiyanın Tiflisə qarşı son sanksiyaları Gürcüstanı diz üstə çökdürmək cəhdidir.

Axar.az xəbər verir ki, bunu “Krım.Realiyi” saytına müsahibəsində məşhur müğənni Vaxtanq Kikabidze deyib.

“Putin yenidən Gürcüstana hava yolunu bağladı, gürcü şərabından imtina etdi (Rusiya gürcü şərabına qadağa qoymayıb – red.). Belə təəssürat var ki, o, bizi diz üstə çökdürmək istəyir. Artıq hər kəs bilir və anlayır ki, onlardan yaxşı heç nə gözləmək olmaz. Mən xalqı nəzərdə tutmuram. Mən Kremli, onun siyasətini nəzərdə tuturam. Gürcüstan əhalisi arasında antirusiya əhval-ruhiyyəsi anlaşılandır. Burada Gürcüstan-Rusiya müharibəsini xatırlayırlar”, – deyə o bildirib.

Kikabidze müsahibə zamanı Cənubi Osetiyanın əslində niyə işğal olunmasına aydınlıq gətirib:

“Rusiyada nədənsə düşünürlər ki, Abxaziya ayrıca respublikadır. Abxaziya Kaxetiya və İmeretiya kimi, Gürcüstan regionudur. Mən hətta bununla bağlı bir dəfə Yevgeni Maksimoviç Primakovdan soruşdum. Mən dedim: “Rusiyaya niyə Cənubi Osetiya lazımdır?” O isə mənə cavab verdi: “Abxaziyanı unutmaq üçün”. Biz bir-birimizi yaxşı tanıyırdıq. Onları işğalçı adlandıranda Kreml çox qıcıqlanır, amma bu belədir və bundan heç yerə qaça bilməzsən”.

Tarix
2019.07.29 / 16:07
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Azərbaycanda "Roblox" bloklana bilər - Xəbərdarlıq

Ağdərənin Baş planı ilə tanışlıq - Video

Bu, gələcəyimizi böyük risk altına alır - Komitə sədri

Paşinyan Hikmət Hacıyevin Dilican səfərindən danışdı

Hakan Fidan pakistanlı həmkarı ilə İrandan danışdı

Ceyhun Bayramov koreyalı nazir müavinini qəbul etdi

Ceyhun Bayramov Hamade ilə TRİPP-dən danışdı

ABŞ və İran yekun razılaşma əldə edə biləcək?

Numan Qurtulmuş Azərbaycana səfər edəcək

Tramp onu Bakıya göndərdi: Prezidentlə görüş... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla