Yuxarı

ABŞ “Valkiriya” robotunu işə salır: Baza qurulacaq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ “Valkiriya” robotunu işə salır: Baza qurulacaq

ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyinin (NASA) “Valkiriya” adlı robotu astronavtlara Ayda və Marsda baza qurmağa kömək edəcək.

Axar.az xəbər verir ki, ilkin variantda düşmənlərə qarşı döyüşən qəhrəman kimi hazırlanmış bu yarım-avtonom robot NASA mütəxəssisləri tərəfindən təkmilləşdirilib. O, indi insanın gördüyü işləri yerinə yetirir, çətin maneələri təhlükəsiz dəf edə bilir və kənardan komanda verən operatorun nəzarəti altında verilən tapşırıqları yerinə yetirir. NASA ümidvardır ki, “Valkiriya” robotundan Ay və Marsın səthində bazalar yaradılmasında istifadə etmək mümkün olacaq. Bundan başqa, onun “xidmətlərindən” Yerdə də - insanlar üçün əlçatmaz olan məkanlarda faydalanmaq mümkündür.

“Valkiriya” dünyanın ən mükəmməl insanabənzər robotu hesab olunur. O, 2015-ci ildə NASA-nın özəl şirkəti tərəfindən layihələşdirilib və 2016-cı ilin yazında Edinburq Universitetində hazırlanıb. Robotun çəkisi 125 kiloqram, “boyu” isə 1,80 metrdir.

Tarix
2019.07.29 / 19:10
Müəllif
Axar.az
Digər xəbərlər

Araz Nəsirov vəzifəsindən azad olundu

Azərbaycan 19 ölkənin adından çağırış etdi

Türkiyə ilə İsrail arasında münaqişə olsa... - Tramp

Azərbaycanla bu ölkə arasında ilk məsləhətləşmələr keçirildi

Elektron müraciətlərlə bağlı dəyişikliklər qüvvəyə minir

Məktəb uşaqları həyata, yoxsa imtahanlara hazırlayır?

Prezidentdən bu dövlət qulluqçularını sevindirəcək qərar

İlham Əliyevdən mühüm fərman: Daha iki idarə yaradılır

"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı

Bu institut ləğv edilir - Qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla