Yuxarı

Köçəryan Paşinyanı hədələdi: Çox qalmayacaq!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Köçəryan Paşinyanı hədələdi: Çox qalmayacaq!

Ermənistan hökuməti uzun müddət hakimiyyətdə qala bilməyəcək.

Axar.az xəbər verir ki, bunu “Ermənistanın səsi” qəzetinə müsahibəsində Ermənistanın eks-prezidenti Robert Köçəryan deyib. Onun sözlərinə görə, hakimiyyət məsələsi istənilən halda küçədə - növbədənkənar parlament seçkisində həll ediləcək:

“Bu cür idarəetmə keyfiyyəti ilə bu hakimiyyət uzun müddət dayana bilməyəcək və yenidən seçilmə perspektivi yoxdur. Seçici populistlərdən boğaza yığılacaq və öz seçimində daha diqqətli olacaq”.
O, müxalifətin birləşmə ehtimalının çox olduğunu, amma vahid müxalifət mərkəzinin dərhal yaranmayacağını deyib:

“Bu proseslərdə mən vacib, amma yeganə olmayan həlqə olacağam. Ölkəyə sağlam qüvvələrin geniş konsolidasiyası lazımdır. Bu proses mütləq parlament müxalifətinin radikallaşmasına gətirib çıxaracaq, əks təqdirdə onlar elektoratlarını itirəcəklər. Müxalifətin konsolidasiya prosesi payızda bitəcək, siyasi mübarizə isə sistemli və miqyaslı xarakter daşıyacaq”.

Tarix
2019.07.30 / 12:55
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

İlham Əliyev Roma Papasını Azərbaycana dəvət etdi

Prezident Corc Ceykob Kuvakadı qəbul etdi

Bakı 16 ildən sonra yenidən bu tədbirə ev sahibliyi edir

Azərbaycanın namizədi BMT-nin bu komitəsinin üzvü seçildi

Azərbaycan nümayəndələri Kabildə beynəlxalq görüşdə...

Almaniya ümid edir ki, Əliyev bu il Berlinə gələcək – Səfir

Ermənistana 490 ton buğda göndərildi

İsrail ABŞ-İran razılaşmasına qarşı çıxdı

İsrail, İran, ABŞ, ərəblər - narazıdır: Bu, nə razılaşmadır?

Ərdoğan Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla