Yuxarı

Bərzani Səddama görə kompensasiya tələb edir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bərzani Səddama görə kompensasiya tələb edir

İraqın mərkəzi hökuməti Ənfal əməliyyatının qurbanı olan kürdlərə kompensasiya ödəməlidir.

Axar.az xəbər verir ki, bunu İraq Kürd Muxtar Vilayətinin rəhbəri Nəçirvan Bərzani deyib. Onun sözlərinə görə, Bağdad kompensasiyanı ölkənin konstitusiyasına uyğun olaraq həyata keçirməlidir.

Qeyd edək ki, Ənfal əməliyyatı 1986-1989-cu illərdə Səddam Hüseyn hökuməti tərəfindən gerçəkləşdirilib. Əməliyyatın əsas hədəfi İraqın şimalında yaşayan kürdlər olub. Müxtəlif zamanlarda suryanilər və türkmanlar da bu əməliyyatların qurbanına çevrilib. Əməliyyat nəticəsində kürd yaşayış obyektləri sistematik şəkildə aviabombardmanlarına, hərbi əməliyyatlar, deportasiyalara və kimyəvi silah hücumlara məruz qalıb. Nəticədə 180 minə yaxın insan həlak olub.

Əməliyyatın əsas icraçısı olan “Kimyəvi Əli” ləqəbiylə məşhur olan Əli Həsən əl-Məcid 2003-cü ildə ABŞ-ın İraqı işğal etməsindən sonra həbs edilib. 2010-cu ildə o, insanlığa qarşı cinayət və soyqırımda ittiham olunaraq edam edilib.

Tarix
2019.08.01 / 10:42
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Qarabağ zəfərini bilirsinizmi kim qazandı? - Türk general

Hulusi Kılıçdan Azərbaycanla bağlı çağırış: Səsinizi kəsin!

6 il öncə Qələbəmizi izləyən güneylilər - Video

Prezident Türkiyəni nəzərdə tuturdu? - Sərrast cavab!

Medvedyev İrəvanı təhdid etdi: Yeni Ukraynaya çevriləcək

Prezidentin çıxışı ilə bağlı videoçarx paylaşıldı

YAP-ın qurultayının əsas siyasi məzmunu... – Qafarov

Kobaxidzedən TRİPP açıqlaması: Ciddi problem...

Konsulluğumuz önündə aksiya: Ankaranın da rolu varmı?

Məşhur türk bloger Əliyevdən üzr istədi və sirri açdı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla