Yuxarı

TV-lərə inam ölür, yeni resurslar güclənir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
TV-lərə inam ölür, yeni resurslar güclənir

Son 10 ildə əsas informasiyanı televiziyalardan alan rusiyalıların sayı 94%-dən 72%-ə qədər azalıb.

Axar.az xəbər verir ki, bu nəticə “Levada Çentr” şirkətinin keçirdiyi sorğudan sonra ortaya çıxıb. Məlumata görə, bu dönəm ərzində televiziyalara etibar edənlərin sayı 79%-dən 54%-ə düşüb. Bununla belə, televiziyalar hələ də Rusiyada ən populyar informasiya mənbəsi statusunu qorumaqdadır.

Sorğuya əsasən, hazırda ruslar üçün ən baxımlı kanal “Rossiya 1” (48%) sayılır. Ondan sonrakı yerlərdə “Birinci kanal” (47%), NTV (36%), “Rossiya 24” (31%) və REN TV (17%) yer alıb.

Ruslar üçün ən nüfuzlu jurnalistlərin siyahısına isə Vladimir Solovyov, Andrey Malaxov və Andrey Norkin liderlik edir.

İnformasiya mənbəsi kimi ölkədə televiziyadan sonrakı yerdə sosial şəbəkələr (34%) və internet (32%) qərarlaşıb. Qəzet və radiolardan daha çox məlumat mənbəyi kimi istifadə edənlər əhalinin cəmi 12% və 15%-ni təşkil edib.

Tarix
2019.08.01 / 13:35
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Bunu etməsək, Bakı sülh sazişini imzalamayacaq

30 yaşında deputat, 35 yaşında nazir oldu

Prezident Yohan David Vadefulla görüşdü

İlham Əliyev Mariam Kvrivişvilini qəbul etdi

Azərbaycanda məzuniyyətə çıxmaq məcburi olacaq

Hər bir azərbaycanlı müstəqil dövləti ilə qürur duyur!

Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi - Foto

Nəsimi Ermənistana hansı silah-sursatla keçib?

Almaniya xarici işlər naziri Azərbaycana gəlir

Hacıyev AB-nin yüksəkvəzifəli rəsmiləri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla