Yuxarı

Xəzər böyük turizm potensialına malikdir - Medvedyev

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

14:34

Yaxın illərdə Xəzərin Rusiya hissəsi və Volqa çayının inkişafı ilə bağlı layihəyə 200 milyard rubl vəsait ayrılacaq.

Axar.az xəbər verir ki, bunu Rusiya Baş naziri Dmitri Medvedyev Türkmənistanda keçirilən Xəzər İqtisadi Forumunda çıxışı zamanı deyib.

“Volqa və Xəzər böyük dövlətimizin həyatının ən vacib arteriyalarından biridir. Məhz buna görə də biz bura böyük diqqət ayırırıq”, - Medvedyev bildirib.

Medvedyev Xəzər dənizinin böyük turizm potensialına malik olduğunu bildirib.

Türkmənbaşı şəhərində keçirilən Xəzər İqtisadi Forumunda çıxışı zamanı vurğulayıb ki, Xəzər dənizi hövzəsində turizmi inkişaf etdirmək üçün yeni infrastruktur yaradılmalıdır.

Baş nazir qeyd edib ki, Xəzər regionunun gözəl təbiəti, zəngin tarixi və mədəniyyəti buranın populyar turizm istiqamətlərindən birinə çevrilməsinə imkan yaradır. Ekspertlərin hesablamalarına görə, Xəzər sahillərində hər il bir milyona yaxın turist istirahət edə bilər. D.Medvedyevin fikrincə, bunun üçün əlavə infrastruktur tikilməli, rəqabətqabiliyyətli turizm məhsulları, o cümlədən liman şəhərlərinə həsr olunmuş səyahət marşrutları tərtib edilməlidir.

Rusiya hökumətinin başçısı Həştərxan gəmiçilərinin “Pyotr Veliki” gəmisini artıq suya buraxdıqlarını və gəmidə tamamlama işlərinin getdiyini deyib. Onun sözlərinə görə, gəmi ilk səyahətə gələn il çıxacaq, Xəzəryanı dövlətlərin limanları, yaxud Xəzər dənizi, Qara dəniz və Azov dənizi boyu marşrutu üzrə hərəkət edəcək.

Xəzəryanı dövlətlər arasında əmtəə dövriyyəsinin bir neçə dəfə artırılacağını vurğulayan D.Medvedyevin sözlərinə görə, Rusiya ilə Xəzəryanı dövlətlər arasında əmtəə dövriyyəsi son illər 3,5 faiz artıb.

Tarix
2019.08.12 / 20:31
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla