Yuxarı

Dnestryanını Moldovanın tərkibində görmək istəyirik - Lavrov

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dnestryanını Moldovanın tərkibində görmək istəyirik - Lavrov

Rusiya Dnestryanı konfliktinin həllinin və Dnestryanının neytral, suveren Moldovanın tərkibinə qaytarılması tərəfdarı olaraq qalmaqda davam edir.

Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.

“Rusiya Dnestryanını tanımayıb. Rusiya konfliktin müvafiq prinsiplər əsasında həllinə çağıran proses iştirakçısıdır. Bir nömrəli prinsip odur ki, Dnestryanıya Moldovanın tərkibində xüsusi status veriləcək, Moldova suverenliyini saxlayacaq, yəni heç bir dövlət tərəfindən “udulmayacaq”, neytral statusda qalacaq, heç bir hərbi-siyasi blokun üzvü olmayacaq. Bu prinsiplər 2000-ci illərin əvvəllərində razılaşdırılıb. Bu sənəd Tiraspol və Kişinyov tərəfindən paraflanmışdı, amma tərəflərin sənədi imzalanmasına bir neçə saat qalmış Avropa Birliyindəki həmkarlarımız Moldovanın o zamankı prezidenti Voroninə bunu imzalamağı qadağan etmişdilər. Səbəb çox sadə idi. Çünki bunun imzalanması Rusiyanın diplomatik uğuru olacaqdı”, - deyə o bildirib.

Tarix
2019.08.17 / 17:32
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Azərbaycan XİN bu ölkəni təbrik etdi

Azərbaycan Belarusa ATƏT PA-da dəstək verdi

Televiziya son 10 ilini yaşayır - Qasımov

Prezidentin qərarı bu sahənin inkişafına təkan olacaq - Video

Rusiyada xristianları oruc tutmağa çağırdılar - Qalmaqal

ABŞ səfirliyi buna görə Azərbaycana təşəkkür etdi - Foto

DJ Tural izah etdi: Arzumun günahı yoxdur - Video

Türkiyədən Ermənistanla bağlı “sürətli” qərar - Nə baş verir?

Artıq Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır

İlham Əliyev Trampı təbrik etdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla