Yuxarı

"Titanik"ə enən təhqiqatçılar şoka düşdü

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Titanik"ə enən təhqiqatçılar şoka düşdü

“DSV Limiting Faktor” sualtı qayığındakı beynəlxalq dayverlər komandası batmış “Titanik” gəmisinin yanına son 14 ildə ilk dəfə enərək aşkar edib ki, gəminin bəzi parçaları tamamilə çürüyüb.

Axar.az BBC-yə istinadla xəbər verir ki, “Titanik”in qalıqlarının yanına sonuncu dəfə 2005-ci ildə eniblər.

“Titanik” Atlantik okeanının dibində 3800 metr dərinlikdə yerləşir. Gəminin bir hissəsi hələ də yaxşı vəziyyətdədir, lakin hələ 15 il əvvəl okeanın dibində olan bəzi fraqmentlər daha yoxdur. Buna güclü okean axınları, metalı yeyən duz və mikroorqanizmlər səbəb olub.

Gəminin sağ bortuna, zabitlər üçün otaqların yerləşdiyi bölməyə daha çox ziyan dəyib.

Özünü “Titanik”in tədqiqinə həsr etmiş tarixçi Parks Stivensonun sözlərinə görə, gördükləri onu şoka salıb. O deyib: “Kapitan vannası həmişə “Titanik” həvəskarlarının ən sevimli fraqmenti olub. Onun fotoşəkilləri bizim aramızda çox populyar idi. İndi isə o, daha yoxdur. Bütün göyərtə, onunla birlikdə xidməti otaqlar həmin tərəfdən dağılır və vəziyyət getdikcə daha da pisləşəcək”.

Ekspertin fikrincə, gəminin burun hissəsindəki qonaq otağının tavanı çökə bilər. Bundan sonra içəriyə baxmaq daha mümkün olmayacaq.

Britaniyaya məxsus “Titanik” transatlantik layneri öz dövrünün ən böyük sərnişin gəmisi olub. Sauthemptondan Nyu-Yorka istiqamət götürən “Titanik” 1912-ci ilin aprelində aysberqlə toqquşmadan sonra Kanada sahillərindən təqribən 600 kilometr məsafədə batıb. Gəminin içərisindəki 2200 sərnişin və komanda üzvündən 1500-dən çoxu həlak olub. Gəminin ikiyə bölünmüş hissələri bir-birindən 600 metr məsafədə okeanın dibində yerləşir.

Tarix
2019.08.22 / 20:14
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın Bərdədə törətdiyi terrordan beş il ötür

"Seçilmişlər": Rusiyaya göndərilən məxfi məktubun şifrələri

Daha bir deputat partiyadan çıxarılır?

Mehdiyev əsrimizin ən böyük siyasi xadimi... - Əli Həsənov

Prokurorluğun sorğusu əsasında qərar qəbul edildi

Paşinyan getsə, revanşist gəlsə, nə baş verəcək? - Zülfüqarov

Pulsuz dərmanların verilməsiylə bağlı təklif qəbul edildi

HƏMAS daha bir cəsədi qaytarır

İş adamı Yusif Xəlilov azadlığa buraxıldı

Mehdiyev dövləti bu 50 nəfərlə "idarə edəcəkmiş" - Şok siyahı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla