Yuxarı

Azərbaycanlı milyarderə görə ağacları rənglədilər - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlı milyarderə görə ağacları rənglədilər - Video

Rusiyanın Koqalım şəhərində Yuqra vilayətinin qubernatoru Natalya Komarovanın, vilayətin idman naziri Pavel Kolobkovun və “Lukoil” prezidenti Vahid Ələkbərovun gəlişi münasibəti ilə şam ağaclarını və otları yaşıl rəngləyiblər.

Virtualaz.org xəbər verir ki, bu barədə videokadrlar sosial şəbəkələrdə yayılıb.

Kadrlara əsasən “Lukoil-Qərbi Sibir” MMC-nin sosial obyektlər İdarəsinin formasını geyinmiş kommunal işçilər otları yaşıl boya ilə boyayır. Bu video sosial şəbəkələrdə hələ sentyabrın 8-də yayılıb, amma yerli sakinlər günlərdir şəhərdə “Potyemkin kəndi”nin tikintisini müzakirə edir.

“Görəsən səmanı bir da mavi eləmək və Günəşə daha da saraltmaq olardı? Axı bunlarsız şam ağaclarını rəngləmək yarımçarədir, tam harmoniya əldə etməyə imkan vermir”,-Yuri Malimon adlı istifadəçi ironiya ilə yazır.

“Şəhər hələ bu cür alçalmamışdı”,-Mariya Hilman adlı digər istifadəçi bildirir.

Yerli saytlar məsələ ilə əlaqəli Koqalım meriyasına müraciət ediblər. Meriyadan deyiblər ki, şam ağaclarını şəhər administrasiyasının podratçısı rəngləyib, amma şirkətin adını deməkdən imtina ediblər. Habelə ağacları və otları konkret hansı tərkibli maddə ilə rənglədiklərini izah etməyiblər.

“Biz hələ onun tərkibini araşdırmamışıq”,-meriyanın mətbuat katibi Dəmir Mehdiyev deyib.

Meriyanın yazılı cavabında isə ağacların və otların rənglənmədiyini, podratçı şirkət tərəfindən diblərinə qidalandırıcı gübrə verildiyini bildiriblər. “Məlumata görə həmin gün podratçı şirkət ağacları və kolları zəruri minerallarla və qidalandırıcı maddələrlə qidalandırıblar. Bu zaman püskürmədən istifadə edilib, çünki püskürmə yolu ilə gübrələr daha tez bitkiyə hopur”,-açıqlamada deyilir.

Lakin sosial şəbəkə istifadəçiləri bu açıqlamaya şübhə edir, onlar yazırlar ki, rəngləmə, yaxud püskürtmə ilə məşğul olanlar bitkilər üzrə mütəxəssislər deyildi. “Lukoil” şirkətinin rəngsazlıq-rəngləmə işlərini görən işçiləri idi.

Tarix
2019.09.15 / 23:06
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla ABŞ TRİPP-in icrası məsələlərini müzakirə etdi

CNN-in Azərbaycanla bağlı uydurma yazısı - Foto

İqlimi dəyişdirən gizli texnologiyalar...

Şimali Kiprin baş naziri Azərbaycanı təbrik etdi

Əli Əsədov Şimali Kiprin baş naziri ilə görüşdü

Zülfüqarovdan ermənilərə: Etməyin, məsləhət görmürəm!

Rusiyada səssiz hakimiyyət dəyişikliyi baş verir - FT

Bunu Əliyev, Paşinyan, Magyar, Sandu bacardı - Saakaşvili

Azərbaycan getdikcə bu modeli izləyir - Hacıyev

Onlar ölkəmizə qarşı qarayaxma kampaniyası aparır - MEDİA

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla