Yuxarı

Baş din xadimi: “Fransa bir həftəyə üzr istəməsə...”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Əgər Fransa Məhəmməd peyğəmbərin karikaturasına görə üzr istəməzsə, fransız istehsalı olan malları boykot etməyə səsləyirəm".

Axar.az xəbər verir ki, bu sözləri Sudanın İlahiyyatçı alimlər komitəsinin başçısı Muhəmməd Osman Saleh deyib.

Qeyd edək ki, redaksiyadakı terror aktından sonra "Şarli Hebdo"nun birinci buraxılışı yanvarın 14-dən satışda olub. Nəşrin üz qabığında Məhəmməd peyğəmbərin təsviri verilib. Təsvirdəki müsəlman peyğəmbəri qəmgin halda, ağ libasdadır, əlində "Mən Şarliyəm" şüarı yazılmış lövhə tutub. Peyğəmbərin başı üzərində isə "Hər kəs bağışlanıb" yazısı yer alıb.

"Bu karikatura təkcə peyğəmbəri deyil, Yer üzündəki 1,6 milyard müsəlmanı təhqir etmək deməkdir", - deyə Saleh "Sputnik" agentliyinə bildirib. O, eyni zamanda, həmin nömrənin 5 milyon nüsxə ilə buraxılmasını da tənqid edib.

"Fransa həftə ərzində bütün müsəlmanlardan rəsmi şəkildə üzr istəməlidir. Əgər Fransa bunu lazım bilməsə, biz bütün müsəlman ölkələrində fransız mallarının boykot edilməsi kampaniyasına başlayacağıq", - deyə ilahiyyatçı alim bildirib.

Eyni zamanda, Saleh qeyd edib ki, dini təhqir etmədən söz azadlığına da hörmət etmək lazımdır. O, fransız jurnalistlərin qətlini də pisləyib.

Tarix
2015.01.16 / 18:07
Müəllif
Təhminə C.B.
Digər xəbərlər

Üstünlük İsraili tərk edir, İran özünə gəlir - Tramp niyə gözləyir?

Diplomatların Laçın səfəri ilə bağlı paylaşım - Video

Ceyhun Bayramov Türkiyəyə səfər etdi

İflic durumda olan İranın Araz sahilində düşmən axtarışı

XİN-dən Ümumdünya Qaçqınlar Günü ilə bağlı paylaşım

Azərbaycan daha bir komitəyə üzv seçildi

Bayramov Kaya Kallasla danışdı

Diplomatlar Laçında səfərdədir...

İlham Əliyev UFC prezidentini qəbul etdi - Foto

Aprel döyüşlərində ermənilərə rəhbərlik etmiş generallar...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla