Yuxarı

Rus ordusunun ən güclü tankları - Siyahı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rus ordusunun ən güclü tankları - Siyahı

ABŞ-ın nüfuzlu “Nəşnl İnterest” nəşri SSRİ və Rusiyada hazırlanmış ən yaxşı tankların siyahısını açıqlayıb.

Axar.az xəbər verir ki, siyahının lideri T-14 "Armata" tankı seçilib.

Nəşr “Armata”nın dünyanın ən təhlükəli tankı olduğunu yazıb. Siyahının ikinci pilləsində T-95 tankı qərarlaşıb. Mütəxəssislər onu ən ölümcül rus tankı kimi xarakterizə edib.

T-90 tanklarının isə rus ordusunun üçüncü nəsil tankları arasında ən geniş yayılan hərbi texnika olduğu qeyd edilib.

Dördüncü pillədə qərarlaşan Т-54/Т-55 tanklarının Suriyadan tutmuş İraqa qədər dünyanın müxtəlif bölgələrindəki müharibələrə cəlb olunduğu və onların dünyanın ən təcrübəli tanklarından sayıldığı bildirilir.

Əfsanəvi beşliyin sonuncusu isə T-34 tankları seçilib. Bu tankların daha qalın zirehləri ilə faşistlərlə mübarizədə ön plana çıxdığı qeyd edilir. Bundan əlavə T-34-lər dünyada ən çox itkiyə məruz qalmış tanklar hesab olunur. Nəşr bu amili həmin dövrdə tankçıların zəif hazırlığı ilə izah edir.

Tarix
2019.10.07 / 17:38
Müəllif
Orxan Tağıyev
Digər xəbərlər

AB Şurasının üzvləri Şuşada - Foto

Bunlar dünyanın iki supergücüdür, üçüncüsü yoxdur!

Biz özümüzə hörmət edən insanlarıq - Prezident

Bizə qarşı olan bir zərbəyə 10 zərbə qaytarırıq...

Təhlükəsizlik üçün 9 milyard manat ayrılacaq

Prezident onu Bakı cəlladı adlandırdı

Ravvinlərin Ərdoğana duası, Türkiyə və İsrailin gizli əlaqələri

Ermənistanda saxlanılan əsgərimiz həbs edildi

Cəbrayıl ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində...

Hərənin arxasında, necə deyərlər, böyük bir dayı var

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla