Yuxarı

“Altay”a sanksiya tətbiq edilərsə, Türkiyənin cavabı... – Ekspert

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir qayda olaraq sanksiyalar tətbiq edildikləri istiqamətdə dövlətin maddi bazasını gücləndirir. Dövlət çıxış axtarır və tapır. Bəli, bu, zaman və vəsait itkisidir, amma yekunda o, müstəqilliyə gətirib çıxarır.

Bu sözləri Axar.az-a Almaniya, Fransa və Niderlandın Türkiyəyə silah və ehtiyat hissələrinin tədarükünə sanksiya tətbiq etmək istəmələrini şərh edən rusiyalı hərbi ekspert Aleksey Xlopotov deyib. Onun sözlərinə görə, əgər sanksiyalar siyahısına Ankara üçün “Altay” tanklarının ehtiyat hissələri kimi həssas sistemlər daxil edilsə, o zaman bu, Türkiyəni bu avadanlıqları istehsal etməyə məcbur edə bilər:

“Problem odur ki, “Altay” tanklarında alman mühərrikləri və alman topları var. Mühərrik burada ən çətinidir. İş burasındadır ki, tank əvvəldən müəyyən mühərrikə uyğun layihələndirilir. Sonradan remotorizasiya keçirmək çox çətindir, amma bunu etmək olar. Zamanında Ukrayna türklərə özünün 6TD tipli mühərriklərini təklif etmişdi. Onların istehsalı hələ də Xarkovda qorunub saxlanılır. Məsələn, bir müddət əvvəl onlar Pakistana tədarük həyata keçiriblər.

Ən yaxşı çıxış yardım üçün Cənubi Koreyaya müraciətdir. Üstəlik, koreyalılar “Altay”ın işlənməsində türklərə çox ciddi kömək ediblər. “Altay”da olan mühərriklə Koreyanın K2 mühərrikləri demək olar ki, eynidir. Bununla belə, koreyalılar bəyan edirlər ki, bunun istehsalının öz ərazilərində tam icrasına yaxındırlar.

Tankın toplarına gəldikdə isə burada da çox variantlar var. Bu variantlardan biri yenə həmin Koreyadır, ən pis halda İsraillə də razılaşmaq olar. Beləliklə, əgər sanksiyalar “Altay”a təsir etsə, bu, qısamüddətli olacaq.

Əgər Belarus və Rusiya ilə zirehli texnikada əməkdaşlıq imkanlarından danışsaq, o zaman slavyan qardaşların türklərə təklif edəcək heç nələri yoxdur. Bizim də həmçinin mühərriklərlə bağlı problemlərimiz var. Bizdə buraxılanlar həmçinin Türkiyə zirehli texnikası ilə genetik baxımdan uyğun deyil”.

Tarix
2019.10.15 / 15:21
Müəllif
Zaur, İlkin
Şərhlər
Digər xəbərlər

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla